Sistem haqqında məlumata baxmaq üçün vasitələr
Sual yarana bilər ki, kompüterdə quraşdırılmış
ƏS-nin növünü necə öyrənmək olar? Bu cür informasiyanı əldə etmək üçün uname
(UNIX Name) adlı utilit var.
uname (parametrsiz şəkildə) – sistemin baza adını göstərəcək;
O, həmçinin, aşağıdakı parametrlərə malikdir:
-s – sistemin nüvəsinin adını göstərir;
-r – sistemin nüvəsinin buraxılış adını;
-v – nüvənin versiyasının adını və kompilyasının
tarixini göstərir;
-o – əməliyyat sistemini göstərir;
-p – prosessorun tipini göstərir;
-m – avadanlığın adını göstərir (i386, i686, Alpha);
-a – sistem haqqında bütün informasiyanı göstərir;
Bunlar, uname əmrinin ən çox istifadə olunan
parametrləridir.
Linuxda free əmri yaddaşın həcmi və onun istifadə
olunmuş həcmini, həmçinin, swap space-dən istifadəsini göstərir. Swap space
haqqında gələn dərslərimizdən birində ətraflı məlumat verəcəm. Qısa şəkildə belə
izah edə bilərəm ki, elə proqramlar var ki, yerinə yetirilməsi üçün böyük həcmdə
yaddaş tələb edir. Bu zaman ƏS-ləri swapping texnologiyasından istifadə edir.
Diqqət etmək lazımdır ki, praktiki şəkildə bütün
boş yaddaş sistem tərəfindən bufer və disk keşinə çevrilir ki, Linux daha
effektiv işləyə bilsin.
Hal-hazırda sistemin vəziyyəti, onun yüklənmə səviyyəsi
və reboot olunmadan işlədiyi müddəti uptime əmri göstərir.
Bu əmrin nəticəsinə baxaq və ekrana çıxan sətrdəki
yazıların nə olduğunu izah edək:
1 - Cari vaxt - 01:25:51;
3 - Sistemin son işə salındığı vaxtdan keçən müddət
– 7 days;
5 - Neçə istifadəçinin
hal-hazırda sistemdə qeydiyyatda olması və sistemin yüklənməsi - 2 users. Burada, həmçinin, bir istifadəçinin
bir neçə qeydiyyatı olar bilər.
Sistemin yüklənməsi –
sistemdə eyni anda işləyən proseslərin sayı ilə göstərilir. Orta qiymət 1, 5,
15 dəqiqədir. Bu qiymət bir prosessor üçün 1-dən böyük olduqda sistem yüklənməmiş
hesab olunur.
Performansın monitorinqinin
başqa üsulu vmstat
əmridir. Bu əmri verək və nəticəsinə baxaq:
Gördüyünüz kimi bu əmr bir
dəfəyə kifayət qədər böyük həcmli informasiya verir. Bu informasiyanı analiz edək.
procs bölməsi:
r – gözləyən proseslərin sayı;
b – sleeping proseslərin sayı;
memory bölməsi:
swpd – istifadə olunan virtual yaddaşın həcmi;
free – boş virtual yaddaşın həcmi;
buff – disk buferi tərəfindən tutulmuş yaddaşın həcmi;
cache – disk keşi tərəfindən tutulmuş yaddaşın həcmi;
swap bölməsi:
si – diskdən müəyyən olunmuş yaddaşın həcmi;
so – diskdən yüklənən yaddaşın həcmi;
io bölməsi:
bi – blok qurğusuna göndərilən blokların sayı;
bo – blok qurğusundan oxunan blokların sayı;
system bölməsi:
in – saniyədə kəsilmələrin sayı;
cs – saniyədə kommutasiya kontekstlərinin sayı;
cpu bölməsi:
us – istifaədçi səviyyəsinin kodunun icra
olunması müddəti (%-lə);
sy – sistem səviyyəsinin kodunun yerinə
yetirilməsi müddəti (%-lə);
id – sadə prosessorun müddəti (%-lə);
wa – giriş-çıxış gözləmə müddəti;
st – nüvə səviyyəsinin virtual maşınının işləmə
müddəti.
vmstat əmri sistemin işə salındığı andan etibarən
baş verənlərin orta göstəricilərini göstərir. Lakin, vmstatdan verilmiş zaman anındakı
göstəriciləri ekrana çıxarmasını da istəmək olar:
vmstat 1 5
Bu misalda 10 saniyədən bir
dəfə, 1 saniyədə baş verənlər haqqında informasiya ekrana çıxır. Əgər ikinci parametr
(yəni, 5)
göstərilməzsə (yəni, vmstat 1
şəklində olarsa), onda bu əmr hər saniyədə ekrana yazı çıxaracaq. Bu prosesi
dayandırmaq üçün CTRL+C kombinasiyasından istifadə etmək lazımdır
Fayl sistemlərinin ölçüsünə
baxmaq üçün df
əmri istifadə olunur. Parametrlərsiz şəkildə bu əmr hər KB-a görə blokların
sayı şəklində informasiyanı ekrana çıxarır. Bu, informasiyanın əldə olunması
üçün o qədər də rahat deyil.
Bu əmrin -h (və ya --human) parametri vasitəsilə həcmin ölçüsünü
öyrəşdiyimiz vahidlərlə görmək mümkündür.
df --human və ya df -h
No comments:
Post a Comment