Fayllarla iş əmrləri
Linux istifadəçisi gündəlik olaraq, fayllar yaratmalı,
kopyalamalı, köçürməli və silməli olur. Fayl sistemində bu əməliyyatlar çox
vacibdirlər.
1. Əvvəlcə fayl yaradaq.
touch – əmri cari qovluqda fayl yaradır. Əmri verərkən
qarşısında yaratmaq istədiyimiz faylın adını yazırıq.
touch file_name
Burada file_name yaradacağımız faylın adıdır.
Bundan sonra istifadə edəcəyimiz bir məqamı qeyd edim.
Artıq hər dəfə əmrləri yazarkən onların sintaksislərini də qeyd edəcəm. Bu
zaman faylların qovluqların adları və s. bu kimi xüsusi yazılar olan hissəni < > işarələrinin daxilində yazacam. Lakin, əmrdə bu
işarələr istifadə olunur. Məsələn, touch əmrinin sintaksisi aşağıdakı kimi olacaq:
touch <faylın adı>
Cari kataloqda sizin qeyd etdiyiniz adda fayl varsa,
touch əmri həmin faylı yeniləyəcək.Məsələn, tutaq ki, sizin yaratmaq
istədiyiniz faylın adı example-dir. Və sizin cari qovluqda da həmin adda fayl
var. Onda mövcud olan fayl sanki sıfırlanacaq. Çünki, sizin yaratdığınız yeni
fayl boşdur.
Eyni anda touch əmri ilə siz istədiyiniz qədər fayl yarada
bilərsiniz. Bu zaman touch əmrinin sintaksisi aşağıdakı kimi olacaq.
touch <fayl 1> <fayl 2> <fayl 3>
<fayl 4>
2. cp (copy deməkdir) – əmri faylların kopyalanması
üçün istifadə olunur.
·
Faylı hər hansı bir
kataloqa kopyalamaq üçün cp əmrinin
sintksisi aşağıdakı kimidir:
·
cp <faylın adı> <hansı kataloqa
kopyalamalı>
·
·
cp əmri vasitəsilə bir faylı
cari kataloqa kopyalamaq olar, lakin, ona başqa ad vermək lazımdır. Bu zaman cp əmrinin
sintaksisi aşağıdakı kimi olacaq.
·
cp <kopyalanacaq fayl> <yeni adı>
·
·
cp əmrinin bir çox parametrləri var. Onlardan ən çox
istifadə olunanı -R parametridir. cp əmrini bu
parametri ilə verdikdə, kataloqu rekursiv olaraq kopyalayır. Yəni, içində nə
varsa hamısı ilə birlikdə.
·
cp -R <kopyalanacaq kataloq> <hansı
kataloqa>
3. rm (remove deməkdir) – əmri faylın silinməsi üçün istifadə olunur.
Sintaksisi aşağıdakı kimidir:
rm <faylın
adı>
Bir çox parametrləri var. Onlardan ən çox istifadə
olunanlarını qeyd edək:
·
rm -i <faylın adı> – faylı soruşaraq silir. Sizdən faylı
silib-silmıdiyinizi soruşmaq istəyərkən əgər silmək istəyirsinizsə y,
istəmirsinizsə N
cavabını verin ve ENTERi sıxın.
·
rm -r <faylın adı> – rekursiv silmə;
·
rm -f <faylın adı> – bütün faylların soruşulmadan
silinməsi;
·
rm -v <faylın adı> – faylı silir və silinmə
barəsində məlumat verir;
·
rm -rf <faylın adı> – bu, -r və -f
parametrlərinin birgə istifadəsidir. Bu, çoxlu faylların silinməsi üçün
istifadə olunur. Əmri verdiyiniz diqqətli olmanız məsləhətdir. Çünki, bu əmr
çox zaman sistemin çökməsinə səbəb olur.
4. mv (move deməkdir) – faylı köçürmək üçün istifadə olunur.
·
mv <faylın adı> <qovluğun adı> - faylı qovluğa köçürmək üçün istifadə olunur;
·
mv <faylın əvvəlki
adı> <faylın yeni adı> - faylın adını dəyişir;
Linuxda fayllarla iş – baza
biliklərindən biri hesab olunur. Burada biz sizinlə fayllardan məlumatın ekrana
çıxarılması üsullarını öyrənəcəyik. Adi fayllardan danışaq.
Bu fayllarda informasiya iki
cür saxlana bilər: ASCII mətni və ya ikilik mətn şəklində. Bu tip məlumatların
hər biri üçün elə proqramlar var ki, onları ekrna çıxara bilir.
Mətn faylları üçün əsasən cat, tac, more,
less, head, od və tail əmrləri istifadə olunur.
Daha ətraflı şəkildə baxaq:
5. cat <file_name> – mətn məlumatını
fayldan ekrana çıxarmaq üçün istifadə olunur;
Bu əmrin bir neçə parametri
var. Onlardan ən çox istifadə olunanları qeyd edək.
-b (--number -nonblank) – bütün
boş olmayan sətrləri nömrələmək;
-n (--number) – bütün
sətrləri nömrələmək;
-s (--squeze -blank) – bir
neçə dalbadal boş olan sətrin bir sətir şəklində göstərilmir;
-T (--show -tabs) – tabulyasiya
simvollarını “^|”
şəklində göstərmək;
-E (--show -ends) –
sətrlərin sonu simvollarını “$” şəklində göstərmək;
cat file_1
file_2 > file_3 – ilk iki faylı
birləşdirir və file_3-dəki
bütün məlumatları silərək nəticəni ora yerləşdirir.
cat file_1
>> file_2 – file_1-dəki məlumatı file_2-dəki
məlumatın davamına əlavə edir, yəni, silmədən.
6. tac <file_name> - bu əmr
fayldakı mətni ekrana aşağıdan yuxarıya doğru çıxarır (əks sıra ilə);
7. more <file_name> - bu əmr
fayldakı məlumata hissə-hissə baxmağa imkan verir. more əmri çevirmə üçün iki düymədən istifadə edir:
probel – növbəti ekranı göstərir;
ENTER – növbəti sətri göstərir.
Lakin, more əmrində bir çatışmayan
cəhət var ki, o da mətni yalnız yuxarı qaldıra bilməsidir. Əgər siz artıq
ikinci ekrana baxırsınızsa, onda əvvəlinə qayıtmaq hüç cür mümkün olmyacaq.
8. Bu problemi less
əmri asanlıqla həll edir.
less <file_name> - ixtiyari uzunluqlu fayla
onu istənilən tərəfə çevirməklə baxmağa imkan verir. Bu əmr klaviaturanın
aşağıdakı kombinasiyalarını tanıyır:
ENTER (və ya aşağı istiqamətdə ox) – bir sətr aşağıdakı keçmək;
probel (və ya Page Down) – mətn vasitəsilə aşağıdakı səhifəyə keçmək;
Page Up – mətn
vasitəsilə yuxarıdakı səhifəyə getmək;
yuxarı istiqamətdə ox – mətn
vasitəsilə bir sətr yuxarı keçmək;
/ - axtarış;
Home – mətn kanalına keçmək;
End – mətnin sonuna keçmək;
q – less proqramından
çıxmaq.
Lakin, əgər bizə bütün
faylı göstərmək lazım deyilsə, məhz hansısa hissəsi lazımdırsa, onda head
və tail
əmrlərindən istifadə etmək lazımdır.
9. head <file_name> – susmaya
görə ilk 10 sətri ekrana çıxarır. Bu əmrə aşağıdakı parametrləri vermək olar:
head -<lines> <file_name> - <file_name> adlı faylının ilk <lines> sayda
sətrini ekrana çıxarır;
Məsələn, head -6 leyla
– əmrini versək, bu zaman leyla adlı faylın ilk 6 sətri ekrana çıxarılacaq;
-n <lines> – faylın
başlanğıcından başlayaraq, <lines> sayda sətri ekrana çıxarmaq;
-c <bytes> – faylın
başlanğıcından başlayaraq, <bytes> ölçüdə informasiyanı ekrana
çıxarmaq;
-q – bir neçə fayldakı
məlumatın eyni anda ekrana çıxarılması zamanı, həmin faylların başlıqlarının
göstərilməməsi üçün istifadə olunur.
10. tail <file_name> – faylın
son 10 sətrini göstərir. Onun ən çox istifadə olunan parametrləri
aşağıdakılardır:
-n <lines> – faylın <lines> sayda
son sətrlərini ekrana çıxarmaq;
-c <bytes> – faylın <bytes> ölçüdə
son informasiyasını ekrana çıxarmaq;
-f – faylın sonunu oxumaq üçün
daimi dövrə girir. Bu qayda ilə fayla yeni informasiyanı daxil etdikdə,
istifadəçi real zaman müddətində monitorinq edə bilər. Bu rejimdən çıxış CTRL+C
kombinasiyası ilə həyata keçirilir.
Binar (ikilik) məlumat
saxlayan fayllara baxmaq üçün cat və ya more kimi əmrlər işə yaramır.
11. od <file_name> – bu əmr
binar fayllara baytlar yığımı kimi baxmağa imkan verir. Bu əmrin daha çox
istifadə olunan parametrləri aşağıdakılardır:
-A <radix> – adların
hansı işarələmələr sistemində göstəriləcəyini təyin edir. Burada <radix>
aşağıdakı qiymətləri ala bilər:
d – 10-luq;
x – 16-lıq;
o – 8-lik (susmaya görə);
n – adresləri göstərmək;
-j <bytes> – faylın
başlanğıcından <bytes>
sayda baytı ekrana çıxarır;
-v – ard-arda olan bir neçə
eyni sətrin ekrana çıxarılmasını aktiv etmək üçün istifadə olunur. Susmaya görə
od
əmri həmin çoxluqdan yalnız birinci sətri çap edir, digərlərinin əvvəlinə * işarəsi qoyur.
12. nl <file_name> – bu əmr
fayldakı sətirləri nömrələyərək ekrana çıxarır. Lakin, bu dəyişiklik faylın
içində baş vermir.
Vi redaktoru
Linuxda
faylların üzərində dəyişikliklər aparmaq üçün bir çox redaktorlar (editorlar)
mövcuddur. Bu redaktorlardan ən sadəsi vi editorudur. Bu barədə sizə qısa məlumat
verəcəm və vi
redaktorunda işləmək üçün sadə əməliyyatları izah edəcəm.
Tutaq ki,
istifadəçinin ev kataloqundayıq. leyla adlı bir fayl yaradaq. Onu açıb içində
dəyişikliklər aparmaq üçün hər hansı bir redaktordan istifadə edə bilərsiniz. vi redaktoru
vasitəsilə faylı açmaq və üzərində dəyişiklik aparmaq üçün əmr aşağıdakı
kimidir:
vi <file_name>
Məsələn, vi leyla əmrini
versək, bu zaman leyla faylında heç nə olmadığı üçün siz boş sətrlər
görəcəksiniz. Fayla nəsə yazmaq, məlumat əlavə etmək üçün Insert rejiminə keçmək lazımdır.
Bunun üçün klaviaturadan i hərfinə məxsus olan düyməni sıxmaq
kifayətdir. Insert
rejiminə keçdiyiniz zaman aşağıda Insert sözünü görəcəksiniz. Insert
rejiminə keçdikdən sonra fayla istədiyiniz məlumatları əlavə edə bilərsiniz.
Faylı
yaddaşda saxlamaq və ya bağlamaq üçün Esc düyməsi ilə Insert rejimindən çıxmaq
lazımdır. Faylı yadda saxlamaq üçün :w yazmaq və ENTER-i sıxmaq lazımdır. Əgər
faylı bağlamaq istəyirsinizsə onda :q yazmaq və ENTER-i sıxmaq lazımdır. Eyni
anda faylı həm yaddaşda saxlamaq, həm də bağlamaq istəyirsinizsə onda :wq yazmaq
və ENTER-i
sıxmaq lazımdır.
Esc düyməsi
ilə Insert rejimindən çıxdıqdan sonra faylda sətirləri kopyalamaq, kəsmək,
silmək və s. mümkündür.
dd - cari kursordakı sətri silir;
2dd - cari kursordan başlayaraq 2 sətri silir;
<#>dd - cari kursordan başlayaraq # sayda sətri silir;
yy - cari kursordakı sətri
buferə kopyalayır;
2yy - cari kursordan başlayaraq 2 sətri buferə kopyalayır;
<#>yy - cari kursordan başlayaraq # sayda sətri uferə
kopyalayır;
cc - cari kursordan sətri
kəsir (cut);
p - kopyalanmış və ya kəsilmiş sətri cari kursorda paste
edir;
Salam Leyla xanım. Mən də Linux əməliyyat sisteminə yeni başlayan öyrəncilərdən biriyəm. Ancaq fikir vermisinizsə touch əmrindən sonra <> bu sintaksis istifadə olunur yazmısınız. Ancaq touch bunu götürmür. touch file_name bunu isə götürür. Yəqin mexaniki səhvə yol vermisiniz. Yəqin olunmur yazmaq istəmisiniz. Öncədən təşəkkür edirəm.
ReplyDelete