Linuxun hansı distributivini seçməli?
Linuxdan istifadə etmədən öncə istifadəçiləri ən çox maraqlandıran sual budur: hansı distributivi seçməliyəm? Əslində bu, o qədər də önəmli deyil. Niyə?
1.
Distrubitivlər arasında onların istifadəsində böyük bir fərq yoxdur (xüsusilə
də yeni başlayanlar üçün).
2. Bütün
distibutivlərin nüvəsi eynidir (baza hissəsi).
3.
Mütəlif distributivlər demək olar ki, eyni proqramları istifadə edir.
4.
Linuxun hansısa distributivini seçib, bu seçim üzərində dayanmaq lazımdır. Yenisi
axtarmaq yox :)
Yuxarıda
qeyd etdiklərimdən sonra elə başa düşə bilərsiniz ki,, distributivlər
bir-birindən heç nəyə görə fərqlənmir. Lakin, bu belə deyil. Linux
distributivini seçərkən aşağıdakılara diqqət etmək lazımdır:
· Mənbə kodlarından hazırlanan proqram, yoxsa, əvvəlcədən yığılmış proqram
Linuxun bütün populyar distributivləri öz tərkibində
kataloqlar saxlayır. Bu kataloqlar proqramın quraşdırılması və silinməsi
proseslərini sadələşdirir. Ümumi halda
kataloqdakı proqramı quraşdırmaq istəyən istifadəçi yalnız quraşdırma əmrini
verməlidir. Bu əmr lazımi faylları endirməkdən tutmuş, sistemdə quraşdırılmış
proqramın qeydiyyatına kimi bütün işləri özü yerinə yetirir. Bəzi
distributivlər proqramları, mənbə kodlarından yığmaqla (kompilyasiya etməklə)
quraşdırırlar. Bu, proqramın məhsuldarlığının bir az daha yüksək olmasına səbəb
olur, lakin, quraşdırma üçün daha çox vaxt tələb edir və hər hansı bir səhv
yarandıqda mənbə kodlarına ziyan verə bilər. Bu cür distributivlər ilk növbədə
təcrübəli istifadəçi üçün nəzərdə tutulub.
Yeni başlayanlar üçün Linuxun əvvəlcədən yığılmış
distributivini quraşdırmaq məsləhət görülür. Bu halda quraşdırma əmri artıq
kompilyasiya olunmuş proqramları endirəcək.
· Kütləvilik (hansı distributiv daha çox yayılıb)
Distributiv
haqqında məlumatların çoxluğu, distributivin kütləviliyi ilə ciddi əlaqəlidir.
Distributiv haqqında nə qədər çox məlumatınız olsa, yaranan suallara da bir o
qədər tez cavab tapa bilərsiniz.
· Tanışlarınız Linuxun hansı distributivindən istifadə edir
Düşünürəm ki, bu ən sizə çox kömək
edəcək. Çünki, mən də tanışlarımın köməyi ilə seçmişəm distributivi.
Və
nəhayət, son olaraq, hansı distributivi seçməli? :) Əgər siz əvvəlcədən
yığılmış proqramlardan ibarət distributiv quraşdırmaq istəyirsinizsə, onda sizə
aşağıdakıları seçməyi məsləhət görürəm:
- Ubuntu
- Fedora
- openSUSE
Əgər sizi
mənbə kodlarından yığılmaqla quraşdırılan sistem maraqlandırırsa və bunun üçün
günlərinizi itirməyə razısınızsa, onda mən sizə Gentoo distributivini məsləhət
görürəm. Bu distributivlərin hər biri sizə onları nəzərdən keçirməyə imkan
verir.
LiveCD vasitəsilə Linuxdan istifadə
Adətən, ƏS kompüterin sərt diskinə
quraşdırılır. Yeni ƏS-nin quraşdırılması üçün vinçesterdə bir neçə giqobaytlıq
yer ayırmaq lazımdır. Bu bölmədəki məlumatlar başqa diskə və ya bölməyə
köçürülməlidir. Əks halda bütün məlumatlar itə bilər. Əgər sərt disk hissələrə
bölünməyibsə, onda onu yenidən bölmək lazım gələcək. İndi təsəvvür edin ki, siz
yeni ƏS-ni quraşdırmısız, lakin, onu bəyənmirsiz. Deməli, bütün əziyyətiniz
hədər gedib.
Linux sizə imkan verir ki, siz əvvəlcə onu
sadəcə nəzərdən keçirəsiniz. Bəyənirsinizsə və istifadə etmək istəyirsinizsə onu
vinçestrə quraşdıra bilərsiniz. Siz Linuxu birbaşa olaraq CD-dən işə sala
bilərsiniz. Bu zaman sizin sərt diskinizdə bir bayt da yer tələb olunmur :)
Beləliklə, siz sərt diskdən istifadə etmədən Linuxu işə salırsınız və istifadə
edirsiniz. Bunun üçün Linux distributivlərinin proqramçıları sistemin və bəzi
proqramların işə salınması üçün lazım olan bütün faylları LiveCD və ya LiveDVD
adlanan bir CD (DVD) diskə yığırlar. Bu CD-dən siz öz kompüterinizdə Linuxu işə
sala bilərsiniz. Bunun üçün siz aşağıdakıları etməlisiz:
- Linuxun LiveCD obrazını endirmək;
- Onu boş CD diskə yazmaq;
- Bu diski CD-ROM-a qoymaq;
- Kompüteri yenidən işə salmaq.
Kompüteri yenidən işa saldığınız zaman BIOS (BIOS Setup)-a daxil olmaq və yüklənmənin (Boot) hansı
qurğudan yerinə yetiriləcəyini qeyd etməyi unutmayın. Yəni, qurğuların adları
olan sıranı dəyişmək lazımdır: sizin sistem CD-dən yüklənməlidir, buna görə də
CD-ROM siyahıda birinci dayanmalıdır.
Bütün distributivlər üçün LiveCD-lər hazırlanıb.
Məşhur Debian distributivini hazırlayan proqramçılar ayrıca bir Knoppix adlı
layihə yaradıblar. Bu layihənin yeganə məqsədi – LiveCD-lər yaratmaq və yaymaqdır.
Qeyd edim ki, LiveCD vasitəsilə işə salınan
sistem kompüterin vinçesterində quraşdırılmış sistemlə müqayisədə çox gec
işləyəcək. Belə ki, sistemin işi üçün lazımlı olan bütün fayllar CD-dən
oxunacaq. Optik disklərdən oxunmanın sürəti vinçesterdən oxunmanın sürətindən
dəfələrlə aşağıdır. LiveCD-lər sizə sistemə ilkin nəzər salmaq imkanı verir,
həmçinin, onu müvəqqəti istifadə üçün quraşdıra bilərsiniz.
openSuse Mənim favorim
ReplyDeleteMən Fedoradan istifadə edirəm :)
ReplyDeleteCentOS
ReplyDeleteMəndə UBUNTU istifadə edirəm amma serverlərdə daha çox istifadə etdiyim CentOS və RedHatdır.
ReplyDeleteƏla seçimdir...
ReplyDeleteEn yaxsisi Mint-di.
ReplyDeleteQaynaq kodlarının kompilyasiyası xüsusi məqsədlər olmadan aparılması, uğurlu kompilyasiyadan sonra bel vaxt itkisindən başqa bir şey deyil.Ditrubitivlərin arasında ciddi fərq olmasa da xeyli fərqlər var. Distrubutivin seçilməsi Linuxun hansı məqsədlər üçün istifadə ediləcəyi bəlli olsa qismən də olsa asanlaşar.
ReplyDeleteSeçilməsinə görə görə sıralama üstünlük dərəcəsi nəzərə alınmadan təxminən belədir:
I Server kimi
1. FreeBSD (bəzən linux saymırlar bu ƏS-i)
2. CentOS
3. Red-Hat Enterprice
4. Fedora Core
5. Ubuntu
6. Linux Oracle (ORACLE DB server kimi)
7. Debian
II Fərdi istifadə üçün
1.Ubuntu
2.Fedora Core
3.OpenSuse
4.Mandriva
Saysız hesabsız distrubitivlər olduğu üçün yeni öyrənənlər üçü Slackware ən az dəyişdrilmiş (unix-dən) olduğu üçün məsləhətdir. Diostrubitivlərin çoxluöundan söz düşmüşgə.... əsas təsnifatları belədir :*BSD -FreeBSD, PCBSD, RPM based-Fedora Core, Mandriva, OpenSuse və s, DEB Based -Ubuntu, Debian və s.
Təsəkkür, faydalı yazıdır.
ReplyDeleteMen Size tewekkur edirem.
DeleteTewekkurler Maraqli Meqaledi :)
ReplyDeleteBuyurun :)
DeleteTewekkurler meqale ucun Leyla xanim.Ve commetler ucun cox saqolun
ReplyDeleteDiqqetinize gore tewekkurler, Rustem bey.
Delete