İstifadəçi hesabları və autentifikasiya
anlayışları. /etc/group, /etc/shadow və /etc/gshadow faylları
Linux da
digər UNİX-əsaslı ƏS-ləri kimi yalnız çoxməsələli deyil, həm də çoxistifadəçilidir.
Belə ki, bu ƏS eyni zamanda bir neçə istifadəçiyə işləməyə imkan verir. Lakin,
sistem bilməlidir ki, hansı istifadəçilər hal-hazırda ƏS ilə işləyir. Məhz bu məqsədlə
Linuxda 2 anlayış var – istifadəçi hesabı və autentifikasiya.
İstifadəçilərin
hesabları – bu, istifadəçilər haqqında olan xüsusi fayllarda saxlanılan sistem
informasiyası üçün vacibdir. Linuxda bu informasiya istifadəçinin
autentifikasiyası və ona giriş səlahiyyətinin verilməsi üçün istifadə olunur.
Autentifikasiya – Linuxa hansı istifadəçinin daxil olduğunu təyin etməyə imkan
verən sistem prosedurasıdır.
İstifadəçi
haqqında bütün məlumatlar adətən /etc/passwd və /etc/group fayllarında
saxlanılır.
/etc/passwd – bu fayl
istifadəçilər haqqında informasiyanı saxlayır. Hər bir istifadəçi üçün bir sətir
olur. vi /etc/passwd əmri ilə həmin faylın
içindəki informasiyaya baxaq. oradakı məlumatı analiz edək. İlk sətri izah edəcəm.
Yəqin ki, digərlərini də başa düşəcəksiz.
root : x: 0 : 0 : root : root : /bin/bash
root – istifadəçinin adı;
x – şifrlənmiş parol;
0 – UID;
0 – GID;
root – istifadəçinin həqiqi adı;
root – ev kataloqu;
/bin/bash – shellin növü.
İsitfadəçinin adı – sistemdə autentifikasiya zamanı login tipli sorğu
zamanı istifadəçi tərəfindən istifadə olunan addır;
Şifrlənmiş parol – adətən MD5 alqoritmi ilə heşlənir. Bu alqoritmin tərs
alqoritmi yoxdur. İstifadəçinin girişi
qadağan olunduqda ! işarəsi olur.
UID – istifadəçinin identifikasiya nömrəsidir. Sistem
bunu fayl və proseslərin paylanması səlahiyyəti üçün istifadə edir.
GID – qrupun identifikasiya nömrəsi. Sistem onu fayl və
proseslərin paylanması səlahiyyəti üçün istifadə edir. O, /etc/group faylında saxlanılır.
İstifadəçinin əsl adı – adminstratorluq məqsədləri və həmçinin, istifadəçi
haqqında şəbəkə vasitəsilə informasiya almaq üçün finger tipli əmrlərlə istifadə
olunur.
Ev kataloqu – istifadəçinin ev kataloquna tam yoldur;
shell - əmrlərin verilməsi üçün
istifadə olunur. (/etc/shells
faylına nəzər salın);
/etc/group – bu faylda istifadəçilərin aid olduğu qruplar
haqqında məlumat yerləşir:
5-ci sətrdəki məlumatı aydınlaşdıraq.
adm – qrupun adı;
x
– şifrlənmiş
parol;
4
– GID;
lam1989 – bir neçə qrupa aid olan istifadəçilər.
Qrupların adı – newgrp kimi proqramların istifadəsinin
rahatlığı üçün istifadə olunur;
Şifrlənmiş parol – newgrp əmri vasitəsilə qrupların dəyişdirilməsi
zamanı istifadə olunur. Qrupun parolu olmaya da bilər.
Bir neçə qrupa aid olan istifadəçilər
- bu bölmədə
o istifadəçilərin adları yazılır ki (adlar vergüllə ayrılır), onlar digər
qruplarda da var.
Hal-hazırda
parolların passwd
və group
fayllarında saxlanması etibarlı hesab olunmur. Linuxun yeni versiyalarında
parolların kölgələri adlanan fayllar tətbiq olunur – shadow və gshadow. Bu fayllara giriş elə təyin
olunub ki, hətta superistifadəçi (root user) olamadan onu oxumaq mümkün deyil.
Nəzərə
almaq lazımdır ki, normal fəaliyyət göstərən sistem, kölgə fayllarının istifadəsi
zamanı passwd
və group
fayllarının da iştirakını nəzərdə tutur. Kölgə parollarının istifadəsi zamanı /etc/passwd
və /etc/group
fayllarında X
simvolu göstərir ki, parollar, həmçinin, /etc/shadow və /etc/gshadow fayllarında
saxlanılır.
shadow faylı istifadəçilər haqqında qorunan məlumatları
saxlayır, həmçinin, akkaunt və parolların qüvvədən düşməsi mexanizmini təmin
edir. shadow faylının stukturu aşağıdakı kimidir:
Buradakı sətirlərdən
birincisini aydınlaşdıraq.
root – istifadəçi adı;
! – şifrlənmiş parol;
15553 – 1 yanvar 1970-ci il tarixindən etibarən
parolun sonuncu dəyişdirildiyi tarixə qədər keçən günlərin sayı;
0 – neçə gündən əvvəl parol dəyişdirilə bilər;
99999 – neçə gündən sonra parol dəyişdirilə bilər;
7 – neçə gündən sonra istifadəçiyə parolun dəyişdirilməsi
haqqında xəbərdarlıq gələcək;
gshadow faylı da eyni funksiyaları yerinə yetirir. Belə
ki, qrupların parollarını qoruyur və saxlayır. Aşağıdakı struktura malikdir:
adm – qrupun adı;
*– şifrlənmiş
parol;
... – qrupun administratoru;
lam1989 – istifadəçilərin
siyahısı;
Qrupun administratoru – gpasswd
vasitəsilə
parolu dəyişmək səlahiyyəti olan istifadəçidir.
Superistifadəçi – root istifadəçisi
Linuxda
adi istifadəçilərdən başqa heç bir məhdudiyyəti olmayan yalnız və yalnız bir
istifadəçi var. UID
və GID-si
həmişə sıfırdır. Onun adı bir qayda olaraq, root-dur. Lakin, onu
asanlıqla dəyişmək olar (və ya eyni UID və GID ilə bir neçə simvolik adlar
yaratmaq olar). Belə ki, giriş səlahiyyətlərinin məhdudiyyətsiz olması üçün GID
yalnız sıfır ola bilər. root istifadəçisi üçün fayllara və proseslərə
giriş səlahiyyəti sistem tərəfindən yoxlanılmır.
root istifadəçisi hesabı vasitəsilə iş zamanı olduqca
ehtiyatlı olmaq lazımdır. Belə ki, hər an sistemin çökmə ehtimalı var.
Linuxda parollar
Linuxda istifadəçilərin
səlahiyyətlərinin paylanmasının inkişaf etmiş sistemi istifadə olunur. Lakin, təhlükəsizlik
baxımından istifadəçinin identifikasiyası üçün bir ad kifayət etmir. Məhz buna
görə də paroldan istifadə olunur. Bu parol – ixtiyari simvollar yığımıdır,
ixtiyari uzunluqda ola bilər. Adətən şifrləmənin istifadə olunan üsulları ilə məhdudlaşdırılır.
Hal-hazırda
Linuxun bir çox versiyalarında parollar 3DES və MD5 alqritmləri ilə şifrlənir.
3DES-in tərs alqoritmi olduğu halda, MD5-də bu yoxdur. Buna görə də 3DES
alqoritmi ilə şifrlənən parollar faylların saxlanması üçün olan kölgə
fayllarının istifadəsində tətbiq olunmur. Autentifikasiya zamanı istifadəçi tərəfindən
daxil olunan parol həmin üsulla şifrlənir, sonra isə artıq şifrlənmiş kopyası
ilə müqayisə olunur. Əgər onlar eynidirsə, onda autentifikasiya uöurlu hesab
olunur.
Təhlükəsizliyə
olan tələbatın hər gün artdığını nəzərə alsaq, Linuxda gizli parollardan
istifadə imkanını qeyd etmək olar. /etc/passwd və /etc/group faylları bütün istfadəçilərə
oxumaq üçün açıqdır. Bu da sistemin təhlükəsizliyi üçün böyük boşluq yaradır. Məhz
buna görə də Linuxun son verisyalarında gizli parollardan istifadəyə üstünlük
verilir. Belə parollar, /etc/shadow və /etc/gshadow fayllarında
saxlanılır.
login, su, newgrp, passwd, gpasswd, change əmrləri
login əmri sistemdə interaktiv iş seansını yerinə
yetirir. O, istifadəçinin ad və parolunun düzgün daxil olunmasını yoxlayır, ev
kataloquna keçir, mühit qurur və shelli işə salır.
login əmrini bir qayda olaraq, shelldən vermirlər. Belə
ki, bunu adətən konsol menecerləri yerinə yetirir. Məsələn, getty və mgetty.
su (switch user) əmri istifadəçiyə giriş zamanı
istifadəçinin identifikasiyasının dəyişməyə imkan verir. Onun sintaksisi sadədir:
su <user_name>
Burada username
istifadəçinin adıdır.
Bundan
sonra proqramdan parol istəyəcək. Parol düzgün daxil olunduqda su əmri yeni
terminal pəncərəsi açır. Bu pəncərədə su əmrinin göstərdiyi istifadəçinin səlahiyyətləri
ilə hərəkət edilir və girişi onun identifikasiyaları təyin edir.
Əgər
istifadəçinin adı göstərilməyibsə, onda su əmri root adını qəbul edir və roota
keçir. root
istifadəçisi su əmrini verdiyi zaman ondan parol soruşulmur. root istifadəçisi heç bir parol daxil etmədən digər userlərə keçə bilər.
newgrp əmri su əmrinin funksiyalarını qrup üçün yerinə
yetirir. Sintaksisi aşağıdakı kimidir:
newgrp <group_name>
Burada group_name
istifadəçinin keçmək istədiyi qrupun adıdır. Yəni, newgrp əmrinin qarşısında adı
yazılan qrupa bu əmri verən istifadəçi daxil olmalıdır. root istifadəçisi bu əmri
verdiyi zaman o heç vaxt parol soruşmur. Bu əmrin sintaksisi su əmrinin sintaksisinə
uyğundur.
passwd əmri Linuxda parolun dəyişdirilməsi üçün istifadə
olunur. Öz parolunu dəyişmək üçün əmrlər sətrində passwd yazmaq kifayətdir.
Qrupun
parolunu dəyişmək və qrupu idarə etmək üçün gpasswd əmri istifadə olunur.
Parolun dəyişdirilməsi üçün konsolda
gpasswd <group_name>
əmrini vermək kifayətdir. Qrupun administratoru
olduğu halda parolu dəyişə bilərsiniz. Əgər parol boş deyilsə, onda qrup üzvləri
üçün newgrp
əmri parol tələb etməyəcək, lakin, qrupun üzvü olmayanlar üçün parol istəyəcək.
Qrupun
administartoru -a
və -d
parametrləri vasitəsilə istifadəçiləri qrupdan silə və əlavə edə bilər.
Administrator qrupun parolunu silmək üçün -r parametrindən istifadə edə bilər. Əgər
parol qoyulmayıbsa, onda yalnız qrupun üzvləri və newgrp vasitəsilə qrupa daxil
ola bilər. -R
parametri ilə newgrp
əmri vasitəsilə qrupa parolla girişi qadağan etmək olar. Lakin, bu, qrup üzvlərinə
aid deyil.
Sistem
administratoru, yəni root istifadəçi, -A parametrini istifadə etməklə
qrupa administrator təyin edə bilər.
change əmri akkaunt və parolun qüvvədən düşməsi haqqında
informasiyanı idarə edir.
Adi
istifadəçi (root yox) bu əmri yalnız öz parolunun qüvvədən düşməsi haqqında
informsiyaya baxmaq üçün istifadə edə bilər.
Super-istifadəçi
aşağıdakı parametrləri istifadə edə bilər:
-d - <date> - istifadəçilərin
parollarının dəyişdirilməsi üçün son tarixi qoyur. Burada date – sistem tarixi
şəklində olmalıdır, yəni, dd.mm.yyyy;
-E <date> - akkauntun qüvvədən düşməsi tarixini qoymaq;
-I N – Burada N – günlərin sayıdır. Parolun köhnəldiyi
gündən neçə gün sonra akkauntun blok olunacağını bu parametrlə təyin edir;
-m N – parolun dəyişdirilməsi günləri arasında minimum
günlərin sayı (N);
-M N – parolun dəyişdirilməsi günləri arasında maximum
günlərin sayı (N);
-W N – parolun qüvvədən düşməsi haqqında xəbərdarlığın neçə
gün öncə gəlməsini təyin edir.
InsAllah meqalelerin davamli olar!!!
ReplyDeleteMinnətdaram...
DeleteSalam Leyla xanim gozel bir ish gorursunuz
ReplyDeleteLinuxda yaddan cixmish root parolunu nece berpa edmek olar?