Linuxun kompüterə quraşdırılması.
Ubuntu, Linuxun distributivləri arasında ən sadə şəkildə quraşdırılanıdır və həmçinin, istifadəsi asandır. Buna görə də sizə Linuxun quraşdırılmasını izah etmək üçün Ubuntunu seçmişəm. Gələn dərslərdən birində isə CentOS-un quraşdırılmasını şəkillərlə izah edəcəm :)
Hər şeydən əvvəl köhnə məlumatlarınızla ehtiyatlı
olmaq lazımdır :)
Əgər kompüterinizdə başqa bir ƏS ilə yanaşı Ubuntunu
da quraşdırmaq istəyirsinizsə, onda sizin kompüterin sərt diskində yeni sistem
üçün bölmə olmalıdır.
İndi mən bir az Windows terminologiyası ilə danışacam
(lokal disk, C,D diskləri və s.). Windows ƏS-də sizin kompüterinizdə C: lokal diski
olmalıdır ki, bu diskdə də sizin sistem yazılıb (adətən belədir), D: diski (CD-ROM
olmayan lokal disk) də olamlıdır ki, siz ona Ubuntunu quraşdıra biləsiniz. Qeyd
edim ki, Ubuntu quraşdırılmadan öncə D: diskini formatlayacaq. Buna görə də siz
əvvəlcə bu diskdəki bütün məlumatları başqa yerə köçürməlisiz, əks halda,
hamısı itəcək. İkinci sistemi quraşdırmaqla siz kompüteri işə saldğınız zaman
istədiyiniz sistemi seçib, həmin sistemdə işləməlisiz.
Ubuntunu endirək
Sistemin quraşdırlması üçün bizə quraşdırma diski
lazımdır (sadə şəkildə desək format diski:) ). Ubuntunun son versiyasının
(Ubuntu 12.04) quraşdırıcı diskini və ya .iso faylını aşağıdakı linkdən endirə
bilərsiniz:
Ubuntu 12.04 Desktop (32 bit) - http://www.ubuntu.com/download/desktop/thank-you?distro=desktop&release=lts&bits=32
Ubuntu 12.04 Desktop (64 bit) - http://www.ubuntu.com/download/desktop/thank-you?distro=desktop&release=lts&bits=64
Ubuntu 12.04 Desktop (32 bit) - http://www.ubuntu.com/download/desktop/thank-you?distro=desktop&release=lts&bits=32
Ubuntu 12.04 Desktop (64 bit) - http://www.ubuntu.com/download/desktop/thank-you?distro=desktop&release=lts&bits=64
Seçim qarşısında qalmısızsa, onda 32 bitlik Ubuntunu
endirmək məsləhətdir. Quraşdırıcı diskin obrazını endirdikdən sonra, onu boş CD
diskə yazmaq lazımdır.
Ubuntunun quraşdırılması
Beləliklə, sizin quraşdırıcı diskiniz var. Ubuntunu
quraşdırmağa başlayaq.
Bu diski diskovoda qoyaq, kompüteri yenidən işə salaq
(restart verək) və quraşdırma-proqramının təlimatlarına əməl edək. Əgər
kompüter yenidən işə salındıqdan sonra sistem CD-dən yox, vinçesterdən
yüklənərsə, onda aşağıdakılar etmək lazımdır:
Kompüteri ikinci dəfə işə salarkən <Del>, <F12> və ya ekranda qeyd olunmuş
digər düyməni sıxmaqla BIOS-un tənzimləmələrinə daxil olmaq;
BIOS-da qurğuların sırasını dəyişmək (hansı qurğudan
sistem yüklənirsə (Boot)), CD-ROM-u siyahıda birinci etmək;
Ubuntunun quraşdırılması prosesi təxminən 15 dəq davam
edir və sonda kompüterdən yenidən işə salınmasını (restart) tələb edir. Lakin,
quraşdırılmağa başlamadan öncə aşağıdakıları yerinə yetirmək lazımdır. Daha
yaxşı olar ki, qarşınıza çıxacaq sualları indidən həll edəsiz.
Ubuntunun quraşdırılması
prosesinə ümumi baxış
1. Addım
Əvvəlcə quraşdırıcı disk sizə dil seçməyi təklif
edəcək. Bu, sizə quraşdırılma təlimatının hansı dildə göstərilməsi üçün
lazımdır. Klaviaturadakı yuxarı və aşağı oxlarla istədiyiniz dili seçə
bilərsiniz. Tutaq ki, rus dilini seçmisiz. Daha sonra <Enter> düyməsini sıxın.
2. Addım
Quraşdırıcı sizdən aşağıdakı 5-indən birini seçməyi
soruşacaq:
·
"Запустить
Ubuntu без установки на компьютер"
- Ubuntunu
kompüterə quraşdırmadan işə salmaq;
·
"Установить Ubuntu" – Ubuntunu quraşdırmaq;
·
"Проверить
CD на наличие ошибок"
- CD-də
səhvlərin olub-olmadığını yoxlamaq;
·
Загрузиться
с первого жёсткого диска"-
İlk sərt diskdən yüklənmək.
Biz "Установить
Ubuntu" ( Ubuntunu quraşdırmaq)-nu seçirik və <Enter> düyməsini sıxırıq.
3. Addım
İndi isə sizə təklif olunur ki, sistemin hansı dildə
olmasını seçəsiniz. Mən yenə rus dilini seçirəm :) və "Вперёд"
düyməsinə klikləyirəm.
4. Addım
Daha sonra regionu və saat qurşağını seçin.
5. Addım
Klaviaturanın dilini seçin. Bu dili sizə quraşdırıcı
özü təklif edəcək. Bizim seçimə əsasən "Предлагаемая раскладка: Russia" olacaq. Burada siz öz
seçiminizi də edə bilərsiniz.
6. Addım
Ubuntunu quraşdırmaq istədiyiniz sərt disk bölməsini
seçin. Bir daha qeyd edim ki, bu bölmədəki bütün məlumatlar itəcək.
7. Addım
Daha sonra kompüterin adını vermək və birinci
istifadəçinin məlumatlarını daxil etmək təklif olunur. Sistemə daxil olmaq üçün
qeyd etdiyiniz istifadəçi adı və parolunu unutmayın. İstifadəçi adı latın
hərflərindən və rəqəmlərdən ibarət olmalıdır.
8. Addım
Daxil olunan məlumatların doğruluğunu yoxlayın və "Установить"-ə klikləyin. Bundan sonra sistemin quraşdırılması başa
çatana qədər sizdən heç nə tələb olunmur.
9. Addım
Sitemin quraşdırılması başa çatdıqdan sonra sizə
kompüterin yenidən işə salınması təklif olunur. “OK”-ə
kliklədikdən sonra kompüter yenidən işə düşəcək. Kompüterin işi bitdikdən sonra
sistem sizdən quraşdırıcı diski çıxarmağı soruşacaq (ingilis dilində). Çıxarmaq
üçün <Enter> düyməsini sıxın.Bununla da
Ubuntunun quraşdırılması başa çatır.
Terminalla tanışlıq (konsol).
Linux ƏS başlanğıcda ümumiyyətlə
qrafik rejimsiz yaradıldığından, bu ƏS üçün yazılmış proqramların əksəriyyəti
mətn rejimində işləyir. Elə prorqmlar da
var ki, qrafik interfeysə malikdir, lakin, o olmadan da işləyə bilir.
İndi gəlin terminalı işə
salaq. Bunun üçün Applications (Tətbiqetmələr)
bölməsindən Terminalı tapa bilərsiniz.
P.S. Əslində sizə terminalın tam yolunu izah edə
bilərdim. Amma, hər distributivdə bir az fərqli yerdə olduğu üçün özünüzün
tapmağınız məsləhətdir. Məsələn, Fedora
16-da Applications – System tools – Terminal, Fedora 17-də isə Activities – Applications – System Tools –
Terminal və s.
Əmr verməzdən öncə terminalda gördüyümüz yazını aydınlaşdıraq.
[liveuser@localhost ~] $
liveuser - əmrlər bu istifadəçinin adından işə salınacaq və yerinə
yetiriləcək; @ işarəsindən sonrakı localhost isə
kompüterin adıdır. Bu adı siz sistemi quraşdırarkən təyin etmisiniz. ~ işarəsi istifadəçinin ev kataloqunu göstərir
və hal-hazırda sizhəmin qovluqdasınız. $ - simvolu yalnız o halda # kimi də göstərilir ki, siz root user (yəni
superistifadəçi) kimi işləyirsiniz. Sizə tanış olmayan bütün bu anlayışlar
barədə bir-bir məlumat verəcəm.
Misal üçün konsolda (terminalda)
bir neçə əmr yerinə yetirək.
Terminalda aşağıdakı əmri
verin və ENTER düyməsini sıxın.
pwd (print working
directory – cari kataloqu çap et) – bu əmr cari qovluğu göstərir. Yəni, siz hal-hazırda
hansı qovluqdasınız.
Bu əmri verdiyiniz zaman
/home/liveuser
yazısını görəcəksiniz. Bu da sizin cari
kataloqu göstərir. Deməli, siz kök /home kataloqunda
yerləşən /liveuser qovluğundasınız. /home kataloqu haqqında sizə keçən dəsrlərimizdə məlumat
vermişdim. Bir daha qeyd edim ki, istifadəçilərin ev kataloqları bu qovluqda
yerləşir.
Gəlin indi baxaq görək
bizim cari kataloqda nələr var. Bunun üçün ls (list - siyahı) əmrindən
istifadə edəcəyik.
Gördüyünüz kimi ekranda
cari kataloqdakı qovluqlar göründü. Aydındır ki, əgər bu əmri başqa qovluqda
versək başqa nəticə alacağıq.
Gəlin, indi də gördüyünüz
qovluqlrdan birinə daxil olaq. Bunun üçün cd (change directory – qovluğu dəyişmək) əmrindən
istifadə edəcəyik. Əmri aşağıdakı şəkildə vermək lazımdır:
cd Documents
(Documents
– daxil olacağımız qovluğun adıdır. Siz istədiyiniz qovluğun adını yaza
bilərsiniz). Bu zaman Documents qovluğuna
daxil olacağıq.
P.S. Əmrləri istifadə
etdikcə yadınızda saxlamağa çalışın.
Gördüyünüz kimi terminalda
əmrlər göstərdiyim kimi verilir. Nə düşünürsünüz? Çətin deyil hə? :) Yoxsa
necə?
Əslində Windows ƏS-dən
Linuxa keçmək istəyənlər əmrlərin çoxluğu və mürəkkəbliyindən çəkinirlər və
ya bunu əsas səbəb kimi göstərirlər. Məndə də belə olmuşdu :) Amma, əslində
belə deyil. Başlanğıcda əmrlər yadda qalmasa da, zamanla, çox işlədikcə yaddaşınıza
həkk olunacaq. İşlədikcə sizə də çox maraqlı gələcək əmrlər :)
Xeyirli olsun
ReplyDeleteBaşqa ne olacaq
DeleteTəşəkkürlər. Hal-hazırda virtual maşında Linux ƏS-nin quraşdırılması barədə dərs hazırlayıram.
Deletebəs nə üçün Ubuntu?
DeleteUbuntu, Linuxun distributivləri arasında ən sadə şəkildə quraşdırılanıdır. Ona görə. Sadədən başlamaq lazım olduğu üçün. Qeyd etdiyim kimi - CentOS-in də quraşdırılmasını izah edəcəm.
ReplyDeleteLiveCD vasitesi ilə video proqramini işlətmək olar?
ReplyDeleteSualınızı başa düşmədim...
ReplyDeleteYəqin ki, soruşmaq istəyirsiniz ki, LiveCD vasitəsilə Linux ƏS-ində işləyərkən hər hansı audio-video proqramından istifadə etmək mümkündürmü? Düz başa düşdüm?
ReplyDeleteBəli
DeleteƏgər sualınızı belə vermək istəmişdinizsə cavablandırım. LiveCD vasitəsi ilə Linux ƏS-də işləyərkən internetdən istədiyiniz paketi endirib, Linuxa quraşdırıb, istifadə edə bilərsiniz. Lakin, siz LiveCD-ni diskovoddan çıxardığınız zaman və ya sistemi söndürdüyünüz zaman sistem sıfırlanır. Sizin yaratdığınız fayllar və proqramlar silinir. Çünki, göründüyü kimi LiveCD-də yer məhduddur.
ReplyDeleteƏgər hdd yoxdursa
ReplyDeleteYoxlamamışam, amma, bilirəm ki, yaza bilməyəcəksiz. Yoxlayarsız. Mən bu sualı cavablandırmaq üçün gərək HDD-ni ayıram notebookdan :) Amma, edə bilmərəm.
ReplyDeleteHDD yoxdursa operativ yaddaş (RAM) imkan verdiyi qədər yazmaq olar
DeleteƏgər ISO-obrazını Usb-flashə yazsanız və LiveCD kimi flash-dən istifadə etsəniz onda yer qalıbsa, yaza bilərsiz HDD olmadan.
ReplyDeleteSalam. İşləriniz çox əladı. Sizə uğurlar. Mən LiveCD Windovs Xp də yoxlamışam. Ustanovka olunur və işləyir. Ancaq Leyla xanım dediyi kimi sistemi söndürdüyünüz zaman hamsı sıfırlanacaq.
ReplyDeleteSalam. Təşəkkürlər, Ülvi. Sizə də uğurlar. Minnətdaram.
ReplyDeleteElaaa alinib,super! tewekkurler !
ReplyDeleteDəyməz :) Faydalana bildiyinə çox sevindim :)
DeleteLinuxun müvəffəqiyyətli inistalizasiya root (kötük) kataloqlar (başlıca olaraq: /etc, /var, /home, /usr,/bin, /sbin ) və svvap üçün ayrılmış yerin ölçülərindən asılıdır(svvap başqa bölmədir (partition)-bu o deməkdir ki, linux inistalizasiya etmək üçün ən azı HDD-də iki bölmə ayrılmalıdır ). svvap üçün optimal həcm operativ yaddaşdan adətən iki dəfə artıq seçilir.
ReplyDeleteYerdə qalanların həcminin seçilməsi bir az profesionallıq tələb edir. /usr kataloqu üçün üçün , digər yerlərin ölçüsü müəyyən olunandan sonra yerdə qalan bütün boş sahə ayrılması düzgün işdir.