Linux üçün əsas klaviatura kombinasiyaları
Bu dərsdə
sizlərə Linuxu istifadə ütmək üçün lazım olan əsas klaviatura kombinasiyaları
haqqında danışacam. Barəsində danışacağım kombinasiyaların çoxu terminalda
istifadə olunur. Lakin, X-window-da
fərqli xüsusiyyətlərə malikdirlər.
1.
Alt+Ctrl+Fn (n=1,...,6)
Bu kombinasiya X-window rejimindən
terminal rejiminə keçmək üçündür. Bir çox Linux distributivlərində eyni zamanda
bir neçə standart konsol açmaq mümkündür. Bunların hamısı bir-biri ilə əlaqəsizdirlər,
eyni zamanda hamısında işləmək mümkündür. Yəni, birində bir əmr yerinə
yetirildiyi zaman digərində başqa bir əmr vermək mümkündür.
P.S. Bilirəm indi hamınız X-window
rejiminə geri qayıdıb, bunu yoxlamaq istəyirsiniz, amma, konsol rejimində
olduğunuz üçün hələki bu alınmır. Sistemi yenidən işə salmağa ehtiyac yoxdur,
aşağıdakı kombinasiyaya baxmanız kifayətdir :)
2.
Ctrl+Alt+F7
Daha əvvəl aktiv etdiyiniz konsol
rejimindən X-window rejiminə qayıtmaq üçün istifadə olunur.
3.
Ctrl+Alt+Fn (n=7,...,17)
n nömrəli X-window rejiminə keçir. Eyni
zamanda bir neçə X-window rejimi
açmaq mümkün olduğu üçün bunlar arasında keçid edə bilərsiniz.
4.
Tab
Yazmaqda
olduğunuz bir əmri tamamlayır. Məsələn, bir əmrin istənilən sayda hərflərini
yazıb, Tab düyməsini sıxın. Bu zaman bütün mümkün hallardan ibarət siyahı
ekrana çıxacaq. Əgər yalnız bir hal mümkündürsə, onda əmr tamamlanacaq. Buna
misal olaraq aşağıdakı iki nümunəyə baxa bilərsiniz. Qeyd edim ki, bəzi
hallarda Tab düyməsini iki dəfə sıxmalı ola bilərsiniz.
Şəkil 1
5.
Yuxarı
ox, Aşağı ox, PgUp və PgDn düymələri
Daha əvvəl istifadə
etdiyiniz əmrləri göstərəcəklər. Qeyd edim ki, əgər istifadə etdiyiniz bütün əmrlərin
siyahısına ehtiyacınız varsa, onda history əmrindən istifadə edə bilərsiniz. Nəticədə
history əmrinin özü də daxil olmaqla sizing istifadə etdiyiniz bütün əmrlərin
siyahısı çıxacaq. Mən şəkildə həmin siyahının yalnız qısa bir hissəsini göstərmişəm,
çünki, siyahı çox uzun idi :)
Şəkil 2
6.
Shift+PgUp və Shift+PgDn
Əmrin nəticəsini
yuxarı, aşağı hərəkət etdirmək üçün istifadə olunur. (nəticə ekranın göstəricilərindən
uzun olduqda)
7.
Ctrl+Alt+BkSpc
X-window
rejimini sona çatdırır.
8.
Ctrl+Alt+Del
Sistemi yenidən işə salmaq üçün istifadə olunur
(reboot). Bu kombinasiya terminaldakı shutdown
-r now və ya reboot
əmri ilə eyni işi görür. Reset düyməsi əvəzinə bunu seçməniz daha
doğrudur. Çünki, reset etdikdə, ext2 kimi bəzi fayl sistemləri problem yaradır.
Qeyd edim ki, barəsində
danışdığımız kombinasiya /etc/inittab faylında təyin olunur.
İstəsəniz onu deaktiv edə bilərsiniz.
9.
Ctrl+C
Hal-hazırda işləməkdə olan əmrin işini dayandırır.
10.
Ctrl+D
Əgər terminaldasınızsa, terminalı bağlayır.
No comments:
Post a Comment