Arxivator və sıxışdırma proqramları
İstənilən ƏS-də iş zamanı tez-tez lazımlı
informasiyanın rezerv nüsxəsini yaratmaq lazım gəlir. Bunun üçün arxivator və
sıxışdırma proqramları lazım olur.
Linux ƏS-nin xidmətləri komplektinə, bir qayda
olaraq, bir neçə arxivator və sıxışdırma proqramları daxildir. Lakin, Unix-əsaslı
ƏS-ləri üçün de facto əsaslı standartına əsasən tar arxivator və gzip
(GNU zip)
sıxışdırma proqramı var.
Bundan başqa bir neçə arxivator və sıxışdırma
proqramlarının adını qeyd etmək olar: bzip2, zip və s.
Windowsda istifadə etdiyimiz .rar, .zip, .7zip və
s. bu kimi arxiv fayllarını Linuxda da istifadə etmək, həmin arxivlərdən
faylları çıxarmaq və s. mümkündür.
tar arxivator proqramı
tar
(GNU tar – GNU tape archiver) – arxivlərin yaradılması üçün proqramdır. Müasir tar
proqramı sıxışdırmanı da dəstəkləyir, lakin, Linux və Unixin daha əvvəlki
versiyaları ilə uyğunluğu təmin etmək üçün sıxışdırılmış .tar arxivindən
istifadə etmək məsləhət görülür. Belə ki, onu yaratdıqdan sonra sıxışdırma
utilitlərdən biri ilə sıxışdırmaq lazımdır.
tar əmrinin sintaksisi aşağıdakı kimidir:
tar
<options> <file_name>
Burada aydındır ki, options hissəsində əmrin parametrləri olacaq.
tar – müxtəlif parametrlərə malikdir. Onlardan ən çox
istifadə olunanlara baxaq:
-c – arxiv yaratmaq;
-r – faylları arxivə əlavə etmək;
-A – tar faylların tərkibindəki arxivə əlavə etmək;
--delete – arxivdən faylları silmək (arxiv lentlərində
istifadə etmək mümkün deyil);
-t – arxivdəki faylların siyahısını çap etmək;
-x – arxivdən faylları çıxarmaq;
-f – informasiya fayldan çıxarılacaq;
-v – yerinə yetirilən işlər haqqında ətraflı məlumatı
ekrana çıxarır.
İndi isə bu parametrlərlə birgə tar əmri vasitəsilə
bəzi əməliyyatları yerinə yetirək:
tar
-cvf leyla.tar aliyeva
- leyla.tar
adlı yeni arxiv faylı yaradır və aliyeva faylını həmin arxivə salır;
tar
-cvf leyla.tar a1 a2 a3
– leyla.tar
adlı yeni arxiv faylı yaradır; a1, a2, a3 fayllarını həmin arxivə salır və gzip
sıxışdırma proqramı vasitəsilə həmin arxivi sıxışdırır.
tar
-cvfz leyla.tar.gz aliyeva
- leyla.tar
adlı yeni arxiv faylı yaradır və aliyeva faylını həmin arxivə salır;
tar
-tf leyla.tar –
leyla.tar
arxivinin içindəki faylları göstərir;
tar
-xvf leyla.tar
– leyla.tar
arxivindəki faylları çıxarır və cari kataloqa yerləşdirir;
tar
-xvf leyla.tar -c /tmp –
leyla.tar
arxivindəki faylları çıxarır və /tmp qovluğuna yerləşdirir.
gzip sıxışdırma proqramı
gzip – faylların sıxışdırılması utilitidir. Sintaksisi
aşağıdakı şəkildədir:
tar
<options> <file_name> - file_name adlı sıxışdırır və ya aşağıda göstərilən
parametrlərə uyğun olaraq digər işləri yerinə yetirir.
-d – sıxışdırılmış faylı öz orijinal formasına bərpa
edir;
-t – arxivin tamlığını yoxlayır;
-v – yerinə yetirilən işlər barədə ətraflı məlumatı
ekrana çıxarır.
-9 – arxiv faylını maksimum dərəcədə sıxışdırır;
gunzip əmri isə arxiv faylını açır və içindəki faylları
arxivdən çıxarır.
No comments:
Post a Comment