Linux nədir?
- Əməliyyat sistemidir
Əməliyyat
sistemi (ƏS) –
hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin
edən proqramlar toplusundan ibarətdir.
- Pulsuzdur
Əlbəttə ki,
əgər istəyirsinizsə, siz dükana gedib Linuxun distributivlərindən ibarət
disklər toplusu ala bilərsiniz. Lakin, buna ehtiyac yoxdur. Linuxu internetdən
tamamilə pulsuz və qanuni şəkildə endirə bilərsiniz.
Başa
düşürəm, bu tamamilə pulsuz başa gəlmir. Çünki, siz kompüter, yazmaq üçün
CD-ROM disk almalısız, internet və elektrik enerjisi üçün pul ödəməlisiz
:) Lakin, distributiv özü tamamilə pulsuzdur.
Çoxları başa
düşmürlər ki, ƏS necə ola bilər ki, pulsuz olsun və nəyə görə? Bunu
aydınlaşdıraq.
Məsələn,
televiziya proqramları pulsuzdur və bu heç kimi təəccübləndirmir. İstənilən
şəxs televizor ala, adi antena quraşdıra və bir neçə kanala pulsuz şəkildə baxa
bilər. Linux üçün də belədir. Deyə bilərsiz ki: “Mən reklama baxmaqla,
televiziyaya pul vermiş oluram və ya televiziya elə düşünür ki, mən onların
reklamlarına baxıram.” Haqlısız, bu, Linux üçün də keçərlidir. Siz Linuxdan
istifadə etməklə Linuxu hazırlayanlara sanki, pul ödəmiş olursunuz. Bu faktdır
ki, Liuxu istifadə etməklə siz onu reklam etmiş olursunuz.
- Açıq kodludur
Kod dedikdə,
proqramın proqramçı tərəfindən hər hansı bir proqramlaşdırma dilində yazılmış,
ilkin mətni başa düşülür. Bəzi dəyişikliklərdən sonra insanın başa düşdüyü bu
kodlar yerinə yetirilən proqrama çevrilir. Bu proqram – kompüterin başa
düşəcəyi, lakin, proqramistin başa düşmədiyi dildə yazılmış, kompüter üçün
təlimatlar yığımıdır (“əks çevirmə” imkanı məhdudlaşdırılıb). Hələ ki ƏS
bazarında bağlı kodlu məhsullar üstünlük təşkil edir. Kommersiya məqsədli bu
ƏS-lərinin proqramçıları öz proqramlarının daxili kodlarını etibarlı
şəkildə gizlədirlər. Yəqin ki, ehtiyat edirlər ki, kimsə oz məhsullarında bu
kodların hansısa hissələrini istifadə edə bilərlər. Və ya onlar özləri başqa
kodlardan istifadə edir və bunu gizlətmək istəyirlər :) Başqa bir səbəb də bu
ola bilər ki, bu proqramlarda səhvlər taparlar və bunu hamı bilər :) (səhvlər
bütün proqramlarda var və bu, keyfiyyət və xətalarla bağlıdır). İstənilən halda
məşhur ƏS-lərinin kodları bağlıdır. Bağlı kodlu proqramları almaqla, siz sanki
torbada bir pişik almış olursunuz :)
Linux və
onun proqramlarının mənbə kodları hamı üçün açıqdır. Bütün dunyada
proqramçıların çoxu Linuxun proqram təminatını təkmilləşdirir, xətaları
düzəldir, üzərində işləyir və test edirlər.
- Unix-əsaslıdır
UNIX – bu
çoxüzvlü qrup, fərdi kompüterlər yaranana qədər hazırlanmış populyar ƏS-lərinin
əcdadıdır. Bu qrupa aşağıdakı ƏS-ləri daxildir: SunOS, Solaris, UnixWare, FreeBSD,
OpenBSD, NetBSD. Unix əsasında Apple şirkətinin fərdi kompüterləri olan
makintoşlar üçün ƏS-ləri hazırlanmışdır. Unix və Unix-əsaslı sistemlər bank
serverləri, interner-ruterlər, tədqiqat maşınları, hesablama klasterləri və
başqa fərdi kompüterlərdə yazılmışdır. Ümumi halda, harada etibarlılıq və
məhsuldarlıq tələb olunursa, orada Unix və Unix-əsaslı ƏS-ləri istifadə olunur.
Prinsipcə, Linuxu Unixlə eyni adlandırmaq olardı, amma, bu, müəllif hüquqları
ilə bağlı problem yarada bilər. Belə ki, Unix – kommersiya markasıdır.
Linuxda “ənənəvi” Unixə
olunmuş çoxlu əlavələr var və buna görə də Linuxa Unixlə eyni yox, tamhüquqlu
şəkildə Unix-əsaslı demək olar.
- Bir neçə “yaxın əlaqəli” məhsulun təqdim olunması
Qeyd etdiyimiz kimi Linux –
yalnız bir ƏS deyil, ƏS-ləri qrupunudur (distributivlər). Onların arasında ən
məşhur olanlarını əlifba sırası ilə aşağıda qeyd etmişəm:
- Debian
- Fedora
- Gentoo
- Ubuntu
Linuxun
distributvlərinin tam siyahısını internetdə axtarış etməklə tapa bilərsiniz.
Uzunçuluq olmasın deyə burada hamısını qeyd etməmişəm. Linuxun müxtəlif
distributivləri arasındakı fərqi izah etmək üçün "Linuxun hansı distributivini seçməli?" mövzusuna baxa bilərsiniz.
Niyə Linux?
Linux – fərdi
kompüterlər və serverlər üçün ƏS-dir. Lixun bəzi fərqli xüsusiyyətləri - pulsuz,
etibarlı, təhlükəsiz, universal və məhsuldar olması, onun biznesdə də ideal
seçim olduğunu göstərir.
1.
Pulsuz olması
Linux Açıq
Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır. Bu, IT-də bir çox hüquqi
məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan
verir.
2.
Etibarlılıq
Digər Unix
əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə olunur. Məsələn,
tutaq ki, siz Windows ƏS-də bəzi işlər görmüsüz, lakin, yaddaşda saxlamamısız.
Sistemdə nə isə səhv olur, sistem yenidən işə düşməli olur və ya sistemin işi
yarımçıq qalır. Bu zaman sizin yaddaşda saxlamadığınız fayllar itir. Bu cəhətdən
Linux çox etibarlıdır. Yəni, Linuxda bu cür problemlər olmur.
3.
Təhlükəsizlik
Kompüter
virusları - icra edilə bilən bir proqramdır, yəni kompüterinizin əməliyyat
sistemində olan imkanlardan istifadə edən əmrlər ardıcıllığıdır. Bunu hamı belə bilir. Lakin,
yaxşı olar ki, Windows virusları deyəsiz :) Çünki, həmin viruslar Windows ƏS
altında işləyən kompüterlərdə işləyir :) Linuxu seçməklə siz kompüter
viruslarını tamamilə unuda bilərsiz və həmçinin, heç bir antivirusa ehtiyacınız
olmayacaq. Çünki, Linux təhlükəsizdir.
4.
Universallıq
Microsoft
şirkəti öz gəlirlərini maksimim dərəcədə artırmaq üçün Windows sistemini müxtəlif paketlərdə yayırlar: professional
istifadəçilər üçün, ev kompüterləri üçün, serverlər üçün, korporativ klientlər
üçün və s. Bu, istehlakçılar üçün əhəmiyyətli dərəcədə əlavə xərclər yaradır. Linuxdan
istifadə etməklə siz bu xərclərdən azad olacaqsız. Linuxun hər hansı
distributivini seçməklə, yerinə yetirilən məsələlərdən asılı olaraq sistemi
müxtəlif kompüterlərdə müxtəlif şəkildə tənzimləyə bilərsiniz.
5.
Məhsuldarlıq
Linuxu istənilən məsələnin həlli üçün təmzinləmək
və beləliklə, maksimum məhsuldarlığa nail olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun böyük
hesablama qrupları və internet-serverlər üçün geniş istifadə olunmasıdır.
Linuxun tarixi
1969-cu ildə AT&T şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7
kompüteri üçün kiçik bir ƏS yaratdılar. Bu ƏS-nə UNIX adını verdilər. Lakin,
AT&T şirkətinin planında bu ƏS-nin yayılması yox idi və şirkət onu ABŞ elmi
müəssisələrinə simvolik qiymətə verdi.
Demək
olar ki, bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu ƏS-dən
istifadə edirdilər və bir-birləri ilə bu ƏS vasitəsilə əməkdaşlıq edirdilər.
Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və onları
istifadə edirdilər. Onların işinin nəticəsi - Unix ƏS-nin tam versiyası oldu
(1990-cı ildə). Bu versiyanın adı Unix System V Release 4 – SVR4 idi.
Unix
istifadəçi qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci
ildə bu elmi müəssisənin mütəxəssisləri Unix tarixində növbəti addımı atdılar.
Belə ki, onlar 2BSD (Berkeley Software Distribution) ƏS ilə maqnit lentlərin yayılmasına başladılar. Onun
75 nüsxəsi satıldı.
Unix və Unix-əsaslı sistemlərin çoxlu növləri var.
Onlardan ən çox tanınanları aşağıdakılardır:
·
Solaris
(əvvəllər SunOS adlanırdı). Bu ƏS – SUN Microsystems-ə məxsudur;
·
IBM
şirkətinə məxsus olan AIX;
·
DEC
şirkətinə məxsus olan DEC Unix;
·
SCO
UnixWare və s.
Yuxarıda adları qeyd olunan ƏS-lərinin hamısı
kommersiya məqsədlidir və onların çoxu yüksək qiymətə malikdir. Onlar müxtəlif arxitekturalarda
işləyirlər (Intel, Sparc, Alpha, PowerPC və b.).
Lakin, hal-hazırda Unix-əsaslı ƏS-lərindən ən çox
maraq cəlb edənləri açıq kodlu ƏS-ləridir. Bu sistemlərdən biri də Linuxdur.
Linux – əvvəllər Unixin müstəqil yayılan versiyası
kimi işlənmişdir.
1991-ci ildə Helsinki universitetinin tələbəsi
Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir. O, Linuxu Minix ƏS-nin əsasında
yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün yaradılmış məhdud
analoqudur.
1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın
buraxılmasından sonra dünyanın əksər proqramçıları bu ƏS-nin üzərində işləməyə başladılar və
Linux ƏS inkişaf etməyə başladı.
Hal-hazırda Linux tamfunksiyalı, açıq və demək olar
ki, pulsuz ƏS-dir. Lakin, GNU layihəsi çərçivəsində proqram təminatı olmasaydı
bu baş verməyəcəkdi. GNU – GNU’s not Unix, yəni, GNU Unix deyil deməkdir.
Linux – GNU-nun çoxlu utilitlərini özündə saxlayır:
bir çox proqramlaşdırma dillərinin (C, C++, Fortran, Pascal, LISP, Ada, BASIC,
SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları, çap utilitləri və
başqaları.
GNU layihəsi azad yayılan proqram təminatı fondunun
- Free Software Foundation (FSF)
hesabına inkişaf edir.
Linux – Unixin analoqudur. Unix kimi o da azad
yayılan çoxməsələli, çoxistifadəçili ƏS-dir. Linux xüsusi olaraq, Intel
prosessorlu fərdi kompüter platforması üçün hazırlanmışdır və arxitekturanın
üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına imkan verir. Həmçinin,
Linux digər platformalara da keçdi.
Linuxun tərkibi
Linuxun nüvəsi:
Nüvə
- ƏS-nin əsasıdır. O, yaddaşın paylanması, proseslərin və perfieriya
qurğularının idarə olunmasına cavab verir. Kompüterin fiziki yaddaşı ilə müqayisədə,
operativ yaddaşın böyük həcminin dəstəklənməsi üçün, nüvə operativ yaddaşın səhifələrini
sərt diskdə yerləşdirməklə, adaptiv yaddaşdan istifadə etməyə imkan verir.
Linuxun
nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir.
Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə
üçün hazırlanmışdır.
GNU utilitləri:
Linux
- GNU utilitlərini özündə saxlayır. Bu utilitlər olmadan ƏS-i ilə işləmək
mümkün deyil.
X Window:
Linuxda
istifadəçinin qrafik interfeysi X Window vasitəsilə verilir. Müxtəlif pəncərə şəklində
menecerlər (IceWM, WindowMaker, Fluxbox və s.), KDE və GNOME kimi qrafik vasitələr
multimedia vasitələri ilə rahat işləməyə imkan verir.
DOS və Windows interfeysləri:
Linux
fərdi kompüterlər üçün yaradıldığından proqramçılar hesab edirlər ki, MS-DOS
proqramları ilə uyğunluq yaratmaq olar. Linuxda distributivin bir hissəsi kimi
DOS emulatoru təklif olunur. O, Linux vasitəsi ilə birbaşa olaraq DOS
proqramını yerinə yetirməyə imkan verir.
Microsoft
Windowsun proqramlarının işləməsi üçün bir neçə vasitə hazırlanmışdır. Onlardan
ən çox tanınanı Wine-dır. Wine – Windows API-ın sərbəst realizə edilməsidir. Wine, həmçinin,
Linuxun distributivlərinin çoxunda var.
Linux – DOS və
Windows fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə icazə verir.
Belə ki, bunu sərt diskin uyğun bölmələrinə müraciət etməklə həyata keçirir.
Lakin, bu zaman bəzi tənzimləmələr etmək lazımdır.
Şəbəkəni dəstəkləməsi:
TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə
sistemidir.
TCP/IP – internet
üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün Unix
maşını da TCP/IP istifadə edir.
Həmçinin,
Linux IPX/SFX, AppleTalks və s. bu kimi protokolları dəstəkləyir.
Duzeldi?:)
ReplyDeleteVayyyyyyyyy. bu gediwle Microsofta xeyanet elemeli olacam.Uqurlar.davamli olsun:)
ReplyDeleteSamir, nə? :)
ReplyDeleteGülzadə, mən hər ikisindən də istifadə edirəm :)
ReplyDeleteNah, I am not using Windows for a long time. Unfortunately, my skills in Linux suck, however I am not gonna use wind))
ReplyDeleteChooooxxx gozel hazirlanib,aferin. Uje Linuxa kechdim :))))
DeleteTəşəkkür edirəm, Afaq :)
DeleteUğurlar!
ReplyDeleteTəşəkkürlər!
Deletesuper xoshuma geldi , welcome to open source world ;)
ReplyDeleteTəşəkkürlər, adınızı bilməsəm də.
DeleteTewekkurler ))
ReplyDeleteDəyməz. Buyurun.
Deletecox sag olun Leyla xanim yeni oyrenenler ucun cox azdir Azerbaycan dilinde melumatlar sag olun ki bele melumatlar paylasirsiz.
ReplyDeleteTəşəkkürlər. Adınızı bilməsəm də, sizi tanımasam da Sizə xüsusi təşəkkür edirəm.
Deletetəşəkkürlər
ReplyDeleteBuyurun.
DeleteCox başarılı bir paylaşım alınıb,Richard Stallmanın emeyi cox böyük olub onuda bildirseydiniz gözel olardı , dosyalama sistemlerinde ext2 ext3 var amma ext4 olarak istifade ede ilirik,Teşekkürler.
ReplyDelete