Linuxun fayl sistemləri
Hər bir ƏS bir neçə fayl sistemini özündə saxlayır,
məsələn, Windows FAT, FAT32, NTFS, ISO9660, UDF və s. fayl sistemləri. Linuxda
fayl sistemlərini 2 yerə bölmək olar:
1. Kök fayl sistemi kimi istifadə olunan fayl
sistemləri;
2. ƏS-ni təşkil edən, lakin, Linuxun
quraşdırılmasında istifadə olunmayan fayl sistemləri.
Kök fayl sistemi kimi aşağıdakı fayl sistemləri qəbul
olunur:
ext – Linuxun ilk fayl sistemidir. Linuxun əvvəlki
versiyalarında istifadə olunub.
ext2 – Linuxun standart, lakin, köhnəlmiş fayl
sistemidir. Uzun müddət bütün distributivlərdə istifadə olunub. Daha sonra ext3-lə
əvəz olunub.
ext3 – ext2 fayl sisteminin modifikasiya olunmuş
versiyasıdır. Ondan fərqli olaraq, özündə jurnal saxlayır. Bu fayl sistemi ilə
birlikdə bölmənin maksimum ölçüsü 4 Tb-dır. Lakin, nüvəsi 2.6 versiyalı olan
Linux 16 Tb-lıq bölməni dəstəkləyir. Faylın max ölçüsü 1 Tb-dır.
ext4 – Linuxun yeni fayl sistemidir. ext4-ü Linux
2.6.28 versiyaları dəstəkləyir. Bu fayl sistemi ext3 fayl sistemini ilə müqayisə
etsək, onda görərik ki, ext4 – ext3-dən daha çox fərqlənir. Bölmənin maksimum
1024 Pb (1 Eb-dır)-dır. Faylın maksimal ölçüsü 2 Tb-dan çoxdur.
Rieser FS – fayl siteminin əsas xüsusiyyəti bir
blokda bir neçə kiçik faylın saxlanmasl ilə bağlıdır. Məsələn, əgər sizdə
blokun ölçüsü 4 Kb-dırsa, onda oraya 1Kb-lıq 4 fayl yerləşdirmək olar.
Bundan başqa digər çoxlu fayl sistemləri haqqında
danışmaq olar. Lakin, hal-hazırda Linuxun fayl sistemi ext4-dür.
Linuxda kök fayl sistemləri və standart kataloqlar.
Linuxun
quraşdırılması zamanı sizin sərt diskin seçdiyiniz hissəsində Linuxun kök fayl
sistemi yaranır. Kök fayl sistemi standart kataloq və utilitlər yığımını özündə
saxlayır,bunlarsız Linuxun işləməsi
mümkün deyil.
Kök fayl
sistemi / ilə işarə olunur. Fayla müraciət mütləq kök fay
sistemindən başlamalıdır.
Kök fayl
sisteminin əsas kataloqları.
/ – kök kataloq;
/bin – Linuxun standart
utilitlərini saxlayır;
/boot – GRUB yükləyicisinin
(zaqruzçik) konfiqurasiya fayllarını, kernel obrazlarını, Initrd fayllarını
saxlayır;
/dev – cihaz fayllarını
saxlayır (device);
/etc – ƏS-nin konfiqurasiya
faylları və şəbəkə xidmətinin fayllarını ayrı-ayrı faullarda özündə saxlayır;
/home – istifadəçilərin ev
kataloqlarını özündə saxlayır. İstifadəçilərin ev kataloqlarında faylların, həmçinin,
müxtəlif proqramların istifadəçi tənzimləmələrini saxlayır;
/lib – burada nüvənin müxtəlif
kitabxanaları və modulları yerləşir;
/misc – bu kataloqda hər şey
ola bilər;
/mnt – bu kataloqda əsasən
fayl sistemlərinin birləşmə nöqtələri saxlanılır;
/proc – bu, tam olaraq
kataloq deyil, procfs fiktiv fayl sistemlərinin
kataloqudur. Bu fayl sistemləri proseslər haqqında informasiyanın verilməsi
üçün istifadə olunur;
/root – root istifadəçisinin
kataloqudur. Qeyd edim ki, root istifadəçisi maksimal səlahiyyətli istifadəçidir;
/sbin – sistemi idarə etmək
üçün utilitlər yığımıdır. Bu utilitləri yalnız root istifadəçisi işə saa bilər;
/tmp – “zibil qabı”, yəni,
müvəqqəti faylların saxlandığı kataloq;
/usr – istifadəçi
proqramlarını özündə saxlayır;
/var – daimi olaraq dəyişən
sistemlər, məsələn, poçt qutuları, çap növbəsi və s.
Linuxda faylların adları
Bildiyiniz kimi Windowsda faylların adları 2 hissədən
ibarətdir: Faylın adı və genişlənməsi. Faylın genişlənməsi faylın tipini müəyyən
etməyə imkan verir. Linuxda ümumiyyətlə faylın genişlənməsi anlayışı yoxdur. Əgər
Windowsda index.html adında fayl varsa və son 4 simvol (html) faylın genişlənməsidirsə,
onda Linuxda bu, nöqtədən sonra sadəcə 4 simvoldur. Faylın adı haqqında
aşağıdakı 4 faktı bilmək lazımdır:
Faylın adı bu simvolları saxlaya bilməz: / \ ? <
> * “ |
Faylın adının maksimal uzunluğu 254 simvoldur;
Linux - faylın adında hərflərin böyük və ya kiçik
olmasına qarşı həssasdır. Məsələn, INDEX.html və index.html – 2 müxtəlif
fayldır;
Linuxda faylların adlarında kiril əlifbasının hərflərindən
istifadə etmək məsləhət deyil. Bu fayllarla Linux rahat işləyir, lakin, başqa
ƏS-nə ötürüldüyü zaman problemlər yarana bilər;
Fayla gedən yolun elementləri / işarəsi ilə
ayrılır.
cox saqolun Leyla xanim deyerli meqale ucun
ReplyDeleteDeymez. Size tewekkurler.
Delete