Desktop istifadəçiləri üçün Ubuntu
12.04-ün 12.10-a upgrade olunması
Ubuntu 12.10-un yenicə istifadəyə
verildiyini bilirsiniz. Buna görə də bu sistemi ilk və tək upgrade edən siz
deyilsiniz. Buna əsasən sizin upgrade prosesi gözlədiyinizdən uzun çəkə bilər.
Ubuntu 12.04 son versiyalardan daha
stabildir. Əgər sizin məhsuldarlığınız ümumi stabillikdin asılıdırsa və tətbiqi
proqram təminatının yenilənməsi sizin üçün bir o qədər də vacib deyilsə, onda
upgrade etməyə tələsməyin.
Bundan başqa, “heç vaxt heç vaxt deməyin :)”
prinsipini əsas tutaraq upgrade etmədən
öncə fayllarınızın nüsəxini almağı unutmayın.
Son olaraq qeyd edim ki, tətbiqetmələri
yeniləmək üçün sizin sistemə əlavə olunmuş hər hansı “PPAs” əlavələriniz varsa,
upgrade-dən əvvəl onun Ubuntu 12.10-u dəstəkləyib-dəstəkləmədiyini yoxlayın.
1. “Power Menu” və ya “Dash”-dən
“Update Manager”-i açın.
2. “Update Manager” pəncərəsinin
ən sol küncündəki “Settings” düyməsinə klikləyin:
3. Bu zaman “Software Sources” pəncərəsi
aşılacaq:
4. “Notify me of a new Ubuntu
version” sətrinin yanında yerləşən menyuya klikləyin və oradan ‘For Any
New Version’-u seçin.
Yuxarıda qeyd olunanlardan başqa
dəyişikliklər etməyin.
5. Sizdən parolunuzu daxil etmək tələb
olunacaq. Parolu daxil edib, “Software Sources” pəncərəsini bağlayın. Daha
sonra “Update
Manager”-i yenidən açın.
Bu zaman siz aşağıdakı sətri görəcəksiniz:
6. “Upgrade” düyməsinə klikləyin. Bununla da
Ubuntu 12.10-a upgrade prosesini başlatmış olacaqsınız. Upgrade bitdikdən sonra
reboot etməyi unutmayın :)
Uğurlar :)
Emeyine saglik!!!
ReplyDeleteTəşəkkürlər...
Delete