Jul 19, 2012

Bloqun məqsədi


Hər birinizi salamlayıram. Bloqumu ziyarət etdiyiniz üçün təşəkkürlər.

Bloqumu yaratmaqda məqsədim Linux haqqında Azərbaycan dilində dərsləri və ümumiyyətlə məlumatları yayımlamaqdır. Yazılarımı dərs kimi yox, əvvəlcə sadəcə maraq üçün oxumanız məsləhətdir. Çünki, "dərs oxumaq" ifadəsi əksəriyyətimizə xoş deyil məncə :)
Məlumatları da bura yerləşdirərkən düşündüm ki, bir dərs kimi deyil, Linuxla tanışlıq və onunla maraqlanmaq üçün oxuyasınız. Qəliz və professionallar üçün yazılmış kitablardan fərqli olaraq Linuxla ilk tanışlığınızı nəzərə alaraq, sadə və başa düşülməsi asan olan cümlələrdən istifadə etməyə çalışmışam.
Ümid edirəm ki, yazılarım hər biriniz üçün maraqlı və faydalı olacaq. Fikirləriniz də mənim üçün çox maraqlıdır. Mətnləri oxuyarkən hər hansı orfoqrafik və ya mexaniki səhvlər aşkar etdikdə rəylərdə qeyd edə, həmçinin, bu barədə e-poçt ünvanıma yaza bilərsiniz. Təkliflərinizi də gözləyirəm.
E-mail: lam_1989@live.ru