Sistem haqqında məlumata baxmaq üçün vasitələr

Sistem haqqında məlumata baxmaq üçün vasitələr

Sual yarana bilər ki, kompüterdə quraşdırılmış ƏS-nin növünü necə öyrənmək olar? Bu cür informasiyanı əldə etmək üçün uname (UNIX Name) adlı utilit var.
uname (parametrsiz şəkildə) – sistemin baza adını göstərəcək;
O, həmçinin, aşağıdakı parametrlərə malikdir:
-s – sistemin nüvəsinin adını göstərir;
-r – sistemin nüvəsinin buraxılış adını;
-v – nüvənin versiyasının adını və kompilyasının tarixini göstərir;
-o – əməliyyat sistemini göstərir;
-p – prosessorun tipini göstərir;
-m – avadanlığın adını göstərir (i386, i686, Alpha);
-a – sistem haqqında bütün informasiyanı göstərir;
Bunlar, uname əmrinin ən çox istifadə olunan parametrləridir.

Linuxda free əmri yaddaşın həcmi və onun istifadə olunmuş həcmini, həmçinin, swap space-dən istifadəsini göstərir. Swap space haqqında gələn dərslərimizdən birində ətraflı məlumat verəcəm. Qısa şəkildə belə izah edə bilərəm ki, elə proqramlar var ki, yerinə yetirilməsi üçün böyük həcmdə yaddaş tələb edir. Bu zaman ƏS-ləri swapping texnologiyasından istifadə edir.
Diqqət etmək lazımdır ki, praktiki şəkildə bütün boş yaddaş sistem tərəfindən bufer və disk keşinə çevrilir ki, Linux daha effektiv işləyə bilsin.
Hal-hazırda sistemin vəziyyəti, onun yüklənmə səviyyəsi və reboot olunmadan işlədiyi müddəti uptime əmri göstərir.




Bu əmrin nəticəsinə baxaq və ekrana çıxan sətrdəki yazıların nə olduğunu izah edək:
1 - Cari vaxt - 01:25:51;
3 - Sistemin son işə salındığı vaxtdan keçən müddət – 7 days;
5 - Neçə istifadəçinin hal-hazırda sistemdə qeydiyyatda olması və sistemin yüklənməsi -  2 users. Burada, həmçinin, bir istifadəçinin bir neçə qeydiyyatı olar bilər.
Sistemin yüklənməsi – sistemdə eyni anda işləyən proseslərin sayı ilə göstərilir. Orta qiymət 1, 5, 15 dəqiqədir. Bu qiymət bir prosessor üçün 1-dən böyük olduqda sistem yüklənməmiş hesab olunur.
Performansın monitorinqinin başqa üsulu vmstat əmridir. Bu əmri verək və nəticəsinə baxaq:




Gördüyünüz kimi bu əmr bir dəfəyə kifayət qədər böyük həcmli informasiya verir. Bu informasiyanı analiz edək.
procs bölməsi:
r – gözləyən proseslərin sayı;
b – sleeping proseslərin sayı;

memory bölməsi:
swpd – istifadə olunan virtual yaddaşın həcmi;
free – boş virtual yaddaşın həcmi;
buff – disk buferi tərəfindən tutulmuş yaddaşın həcmi;
cache – disk keşi tərəfindən tutulmuş yaddaşın həcmi;

swap bölməsi:
si – diskdən müəyyən olunmuş yaddaşın həcmi;
so – diskdən yüklənən yaddaşın həcmi;

io bölməsi:
bi – blok qurğusuna göndərilən blokların sayı;
bo – blok qurğusundan oxunan blokların sayı;

system bölməsi:
in – saniyədə kəsilmələrin sayı;
cs – saniyədə kommutasiya kontekstlərinin sayı;

cpu bölməsi:
us – istifaədçi səviyyəsinin kodunun icra olunması müddəti (%-lə);
sy – sistem səviyyəsinin kodunun yerinə yetirilməsi müddəti (%-lə);
id – sadə prosessorun müddəti (%-lə);
wa – giriş-çıxış gözləmə müddəti;
st – nüvə səviyyəsinin virtual maşınının işləmə müddəti.

vmstat əmri sistemin işə salındığı andan etibarən baş verənlərin orta göstəricilərini göstərir. Lakin, vmstatdan verilmiş zaman anındakı göstəriciləri ekrana çıxarmasını da istəmək olar:
vmstat    1      5
Bu misalda 10 saniyədən bir dəfə, 1 saniyədə baş verənlər haqqında informasiya ekrana çıxır. Əgər ikinci parametr (yəni, 5) göstərilməzsə (yəni, vmstat   1 şəklində olarsa), onda bu əmr hər saniyədə ekrana yazı çıxaracaq. Bu prosesi dayandırmaq üçün CTRL+C kombinasiyasından istifadə etmək lazımdır



Fayl sistemlərinin ölçüsünə baxmaq üçün df əmri istifadə olunur. Parametrlərsiz şəkildə bu əmr hər KB-a görə blokların sayı şəklində informasiyanı ekrana çıxarır. Bu, informasiyanın əldə olunması üçün o qədər də rahat deyil. 




Bu əmrin -h (və ya --human) parametri vasitəsilə həcmin ölçüsünü öyrəşdiyimiz vahidlərlə görmək mümkündür.
df --human və ya df -h





No comments:

Post a Comment