Desktop istifadəçiləri üçün Ubuntu 12.04-ün 12.10-a upgrade olunması


Desktop istifadəçiləri üçün Ubuntu 12.04-ün 12.10-a upgrade olunması

Ubuntu 12.10-un yenicə istifadəyə verildiyini bilirsiniz. Buna görə də bu sistemi ilk və tək upgrade edən siz deyilsiniz. Buna əsasən sizin upgrade prosesi gözlədiyinizdən uzun çəkə bilər.
Ubuntu 12.04 son versiyalardan daha stabildir. Əgər sizin məhsuldarlığınız ümumi stabillikdin asılıdırsa və tətbiqi proqram təminatının yenilənməsi sizin üçün bir o qədər də vacib deyilsə, onda upgrade etməyə tələsməyin.
Bundan başqa, “heç vaxt heç vaxt deməyin :)”  prinsipini əsas tutaraq upgrade etmədən öncə fayllarınızın nüsəxini almağı unutmayın.
Son olaraq qeyd edim ki, tətbiqetmələri yeniləmək üçün sizin sistemə əlavə olunmuş hər hansı “PPAs” əlavələriniz varsa, upgrade-dən əvvəl onun Ubuntu 12.10-u dəstəkləyib-dəstəkləmədiyini yoxlayın.


1. “Power Menu”  və ya “Dash”-dən “Update Manager”-i açın.



2. “Update Manager” pəncərəsinin ən sol küncündəki “Settings” düyməsinə klikləyin:





3. Bu zaman “Software Sources” pəncərəsi aşılacaq:





4. “Notify me of a new Ubuntu version” sətrinin yanında yerləşən menyuya klikləyin və oradan ‘For Any New Version’-u seçin.



Yuxarıda qeyd olunanlardan başqa dəyişikliklər etməyin.




5. Sizdən parolunuzu daxil etmək tələb olunacaq. Parolu daxil edib, “Software Sources” pəncərəsini bağlayın. Daha sonra Update Manager”-i yenidən açın. Bu zaman siz aşağıdakı sətri görəcəksiniz:





6. “Upgrade” düyməsinə klikləyin. Bununla da Ubuntu 12.10-a upgrade prosesini başlatmış olacaqsınız. Upgrade bitdikdən sonra reboot etməyi unutmayın :)

Uğurlar  :)



2 comments: