Linuxun virtual maşında quraşdırılması (Virtual Box). Linuxun virtual maşında quraşdırılması (VMWare Workstation).

 Linuxun virtual maşında quraşdırılması (Virtual Box).

Öz kompüterinizdə virtual maşında Linuxu quraşdırmaq üçün sizə xüsusi bölmə və ya xüsusi disk lazım deyil. Adət etdiyiniz ƏS-də (məsələn, Windows) Linuxu asanlıqla quraşdıra bilərsiniz. Lakin, bunun üçün kompüterinizdə xüsusi proqram, yəni, virtual maşın olmalıdır.
Virtual maşın – proqram şəklində bir kompüterdir. Həmin virtual maşında işləyən proqramlar virtual maşına normal kompüter kimi müraciət edir və virtual maşın öz növbəsində həmin müraciətlərə kompüter kimi reaksiya göstərir. Bir sözlə kompüteri emulyasiya edir.
Virtual maşın (proqram) fiziki kompüteri emulyasiya edir, buna görə də virtual maşının:
·        BIOS-u;
·        Vinçestri (sizin sərt diskdə ayrılmış yer);
·        CD-ROM (sizin CD-ROM və ya qoşulmuş ISO-obraz);
·        Sizin real maşın,şəbəə resursları və ya digər virtual maşınlarla əlaqə üçün şəbəkə adapteri;
Virtual maşını kompüterin “sahib”i olan ƏS-də (məsələn, Windowsda) quraşdırmaqla, siz onda başqa “qonaq” ƏS-ni (məsələn, Linux) quraşdıra bilərsiniz. Belə ki, “qonaq” ƏS “düşünəcək” ki, birbaşa kompüterə quraşdırılıb. Məsələn, əgər “sahib” ƏS – Windows, “qonaq” ƏS isə - Linuxdursa, onda sizin kompüter Windows tərəfindən idarə olunur, Linux isə Windowsun pəncərələrindən birində işləyir. “Qonaq” Linuxu, “sahib” Windows-da quraşdırmaq üçün aşağıdakıları etmək lazımdır:
1.     Windows üçün virtual maşını (proqramı) endirmək;
2.     Onu kompüterdə (Windows-da) quraşdırmaq;
3.     Virtual maşın nümunəsi yaratmaq;
4.     Linuxu virtual maşına quraşdırmaq.

1. Windows üçün virtual maşını endirmək
Hal-hazırda Windows üçün bir çox virtual maşınlar var. Lakin, ən məşhurları Vmware Workstation və VirtualBoxdur.Bu dərsdə sizə Virtual Boxda Ubuntunun quraşdırılmasını izah edəcəm.
Mən Vmware Workstation istifadə edirəm. İstifadəsi və quraşdırılması sadədir.
VirtualBox proqramı Sun şirkəti tərəfindən istehsal olunub və pulsuz yayılır. Proqramı siz tamamilə pulsuz şəkildə və qanuni şəkildə öz rəsmi saytından endirə bilərsiniz. Sizin kompüterinizdə Windows ƏS-nin neçə bitlik olmasından asılı olmayaraq bu linkdən istifadə edə bilərsiniz, çünki, bu linkdəki .exe faylı həm 32, həm də 64 bitlik ƏS üçün uyğundur:
Əgər bu linkdən istifadə edə bilməsəniz, onda Google-da VirtualBox for Windows hosts x86 (32-bit) və ya VirtualBox for Windows hosts x64 (64-bit) axtarmaqla endirə bilərsiniz.
2. Windows ƏS-də VirtualBox proqramının quraşdırılması



3. Virtual maşın nümunəsi yaratma





4. Linuxu virtual maşına quraşdırmaq





















































Linuxun virtual maşında quraşdırılması (VMWare Workstation).

1. "VMWare Workstation Setup" faylının üzərinə iki klik edirik. Açılan bu pəncərədə "Next"düyməsinə klikləyirik.



2. Bu addımda quraşdırmaq üçün iki seçimdən birini edirik. Əgər proqramın quraşdırılmasına hər hansı əlavə və ya dəyişiklik etmək istəyirsizsə "Custom", əks halda, "Typical" seçimini edin. "Typical" seçimi məsləhətdir :)
 


3. Seçimdən sonra bu pəncərə görünəcək. Əgər proqramın quraşdırılması üçün qovluğu dəyişmək istəsəniz "Change"ə klikləyin. "Next"ə klikləyin.



4. Açılan bu pəncərədə sizə gələcəkdə məhsulun yeni versiyası olduqda yenilənməsi  haqqında seçim verilir. Əgər bunu istəmirsinizsə, "Check for product updates on startup"ın qarşısındakı işarəni çıxarın və "Next" edin.



5. Əgər VMWare Workstation proqramının inkişafına kömək etmək istəyirsizsə, "Next" edin. Əks halda "Help improve VMWare Workstation"ın qarşısındakı içarəni çıxarın. "Next" edin.



6. "Start" menyusunda və "Desktop"da proqramın "ярлык"larının olmasını istəyirsinizsə, işarələr qalır. Əks halda, işarələri ləğv edin. "Next" edin.



7. Bütün seçimləri etdikdən sonra artıq "Setup" faylı quraşdırılmağa hazırdır. "Continue" düyməsinə klikləyin.


8. Quraşdırılma prosesi gedir.



9. Quraşdırılma prosesi başa çatdıqdan sonra sizdən açar tələb olunacaq. Açarı daxil etdikdən sonra "Finish" düyməsinə klikləməklə quraşdırmanı başa çatdırırsız. Burda nəyə görə bu qədər məsafə qoyduğuma diqqət edin... ;)
Əgər diqqətli olsanız görərsiniz ki, burda sizin üçün açar qoymuşam :) 
0F0TY-2HK52-6ZQE8-2C1Q6-2AXJ8
0Z0Q2-FLJ9J-YZ9Y9-9007P-3C6HG
MY6W4-63J5P-UZP19-F98X4-9CNHR
1F4J4-D0J00-HZ109-H9AQH-82R2L
NF0HY-8A01J-VZ1H9-K88Z6-C2HL5
NY050-2Y190-XZJR8-RC9GH-0CU3W
0G6HG-AM047-TZC49-MV0EK-1AC7L
NA2KL-40K42-JZJC9-R1C7H-8237Z
HU6XF-6DH52-NZM90-D0C50-8CVMX
HF662-6EH13-JZ818-VC052-23L7X
4G0XH-0R2D2-PZ4R0-KKC5K-8AMML
4F48U-ATK54-GZJ31-GVC54-02APK
0U456-0401L-YZDN8-4TC5H-AAH5E
5G65Q-6G24N-XZQP8-LHAGP-32R74
MA449-68K8M-AZK19-M89QM-2AFMT





10. Proqramın quraşdırılması başa çatdıqdan sonra, artıq proqramı açıb virtual maşını yarada və ƏS-ni yaza bilərsiniz. Gördüyünüz pəncərədə "Create a New Virtual Machine" seçimini edirik.



11. 1-ci addımda qeyd etdiyim kimi - bu seçimlərdən birini edin.



12.Əgər sizin ƏS-nin obrazı diskdədirsə birinci, kompüterinizdə hər hansı qovluqdadırsa ikinci seçimi edin. İkinci seçim zamanı faylı "Browse" düyməsinə klikləməklə yerləşdiyi qovluqdan seçin. Əgər sadəcə virtual maşın yaratmaq, ƏS-ni isə sonra yazmaq istəyirsinizsə, onda üçüncü seçimi edin. Mən həmişə vaxta qənaət etmək və artıq porblemlərlə üzçləşməmək üçün ikinci seçimi edirəm.



13. Ubuntu quraşdırıldıqdan sonra daxil olacağınız istifadəçi adı və şifrəni daxil edin və təsdiqləyin. Qeyd edim ki, parol təyin etməyə də bilərsiniz.



14. Virtual maşına istədiyiniz adı verin və yerləşəcəyi qovluğu seçin. "Next"ə klikləyin.



15. Sizin quraşdırdığınız ƏS üçün diskdə nə qədər yer ayrılmasını təyin edin. "Next"ə klikləyin.



16. Virtual maşının konfiqurasiyaları (vinçestrdə tutacağı həcm, yaddaşdan (RAM)-dan nə qədər istifadə etməsi və s.) sizə göstərilir. Dəyişmək istədiyiniz halda "Customize Hardware"a klikləyin. Əgər virtual maşın yaradıldıqdan sonra sistemin avtomatik işə düşməsini istəyirsinizsə, onda "Power on this virtual machine after creation" seçimini edin. "Finish"ə klikləyin.



17. Sistem işə düşdükdə qara ekranı görəcəksiniz. Ardıcıl olaraq aşağıdakı proseslər baş verəcək.















18. Bu proseslər başa çatdıqdan sonra bu pəncərəni görəcəksiniz. Gördüyünüz kimi bir az gözləmək tələb olunur. Çünki, Ubuntunun qrafik interfeysi quraşdırılır. Əgər sistemdə işləmək istəsəniz, istifadəçi adı və parolu daxil etməklə terminal rejimdə işləyə bilərsiniz. Lakin, məsləhətdir ki, qrafik interfeysin tam quraşdırılmasını gözləyəsiniz.


19. Uzun müddətdir ki, bu virtual maşında Ubuntu 12.04-ün quraşdırılmasında problemlə qarşılaşırdım. Belə ki, 18-ci addımda göstərdiyim qara ekran donub qalırdı, login edirdim, qrafik interfeysi endirməyə çalışırdım alınmırdı. Lakin, dostum Vüqar bu problemin həllini tapdı :) Bildirdi ki, login etdikdən sonra, startx əmrini verib, gözləmək lazımdır ki, qrafik rejim işə düşsün. Buna görə ona xüsusi təşəkkürlər. Deməli, "ubuntu login: " sözünün qarşısında  Ubuntunu quraşdırarkən yaratdığınız istifadəçi adını yazıb ENTER düyməsinə sıxırsız. Növbəti sətirdə "Password: " yazısı görünəcək. Bu zaman parolunuzu yazıb bir daha ENTER düyməsini sıxırsız. Terminal sizin əmr vermənizə hazır olduğu zaman "startx" yazıb ENTER düyməsini sıxırsınız və gözləyirsiniz. Bu zaman Ubuntunun qrafik rejimi açılacaq. Sistem tam quraşdırılmış şəkildə qarşısınızdadır :) Buyurub tənzimləyə və istifadə edə bilərsiniz. Gördüyünüz kimi Ubuntu çox gözəl qrfik rejimə malikdir:



































6 comments:

  1. Əvvəla salam...belə gözəl dərsliyə görə təşəkkür.
    Məndə kompyuterimdə Ubuntu 10.04 (Linux) var.Onu VirtualBox-a quraşdırdıqda heç addımdan keçmirəm.Sadəcə gözləyirəm və bir də görürəm ki, Ubuntu-nun Qrafik Rejimli işçi stolundayam.Yadda saxlayıram virtual maşının yaddaşında.Lakin bu silinir..
    Amma 12.04 LTS -da belə olmurdu..(hal-hazırda silmişəm)

    ReplyDelete
    Replies
    1. Salam, Musa. Dəyərli fikirləriniz üçün minnətdaram.
      Çox güman ki, həmin silinən Ubuntu LiveCD obrazı imiş...

      Delete
  2. Leyla onda mən öz əlimdəki Linux-u silim.və yenidən 12.04 LTS yükləyim.
    yəqin ki, 128 mb VGA , 1024 mb Ram versəm normal işləyəcək..?..

    ReplyDelete
    Replies
    1. Mən hal-hazırda həmin distributivin həmin versiyasını istifadə edirəm. Məsləhətdir.

      Delete
    2. Cavabınıza görə təşəkkürlər..Artıq yükləyirəm..:)

      Delete