Linuxun hansı distributivini seçməli? LiveCD vasitəsilə Linuxdan istifadə

Linuxun hansı distributivini seçməli?

Linuxdan istifadə etmədən öncə istifadəçiləri ən çox maraqlandıran sual budur: hansı distributivi seçməliyəm? Əslində bu, o qədər də önəmli deyil. Niyə?
1. Distrubitivlər arasında onların istifadəsində böyük bir fərq yoxdur (xüsusilə də yeni başlayanlar üçün).
2. Bütün distibutivlərin nüvəsi eynidir (baza hissəsi).
3. Mütəlif distributivlər demək olar ki, eyni proqramları istifadə edir.
4. Linuxun hansısa distributivini seçib, bu seçim üzərində dayanmaq lazımdır. Yenisi axtarmaq yox :)
Yuxarıda qeyd etdiklərimdən sonra elə başa düşə bilərsiniz ki,, distributivlər bir-birindən heç nəyə görə fərqlənmir. Lakin, bu belə deyil. Linux distributivini seçərkən aşağıdakılara diqqət etmək lazımdır:

·        Mənbə kodlarından hazırlanan proqram, yoxsa, əvvəlcədən yığılmış proqram
Linuxun bütün populyar distributivləri öz tərkibində kataloqlar saxlayır. Bu kataloqlar proqramın quraşdırılması və silinməsi proseslərini sadələşdirir.  Ümumi halda kataloqdakı proqramı quraşdırmaq istəyən istifadəçi yalnız quraşdırma əmrini verməlidir. Bu əmr lazımi faylları endirməkdən tutmuş, sistemdə quraşdırılmış proqramın qeydiyyatına kimi bütün işləri özü yerinə yetirir. Bəzi distributivlər proqramları, mənbə kodlarından yığmaqla (kompilyasiya etməklə) quraşdırırlar. Bu, proqramın məhsuldarlığının bir az daha yüksək olmasına səbəb olur, lakin, quraşdırma üçün daha çox vaxt tələb edir və hər hansı bir səhv yarandıqda mənbə kodlarına ziyan verə bilər. Bu cür distributivlər ilk növbədə təcrübəli istifadəçi üçün nəzərdə tutulub.
Yeni başlayanlar üçün Linuxun əvvəlcədən yığılmış distributivini quraşdırmaq məsləhət görülür. Bu halda quraşdırma əmri artıq kompilyasiya olunmuş proqramları endirəcək.

·        Kütləvilik (hansı distributiv daha çox yayılıb)
Distributiv haqqında məlumatların çoxluğu, distributivin kütləviliyi ilə ciddi əlaqəlidir. Distributiv haqqında nə qədər çox məlumatınız olsa, yaranan suallara da bir o qədər tez cavab tapa bilərsiniz.

·        Tanışlarınız Linuxun hansı distributivindən istifadə edir
Düşünürəm ki, bu ən sizə çox kömək edəcək. Çünki, mən də tanışlarımın köməyi ilə seçmişəm distributivi.
Və nəhayət, son olaraq, hansı distributivi seçməli? :) Əgər siz əvvəlcədən yığılmış proqramlardan ibarət distributiv quraşdırmaq istəyirsinizsə, onda sizə aşağıdakıları seçməyi məsləhət görürəm:
  • Ubuntu
  • Fedora
  • openSUSE
Əgər sizi mənbə kodlarından yığılmaqla quraşdırılan sistem maraqlandırırsa və bunun üçün günlərinizi itirməyə razısınızsa, onda mən sizə Gentoo distributivini məsləhət görürəm. Bu distributivlərin hər biri sizə onları nəzərdən keçirməyə imkan verir.

LiveCD vasitəsilə Linuxdan istifadə

Adətən, ƏS kompüterin sərt diskinə quraşdırılır. Yeni ƏS-nin quraşdırılması üçün vinçesterdə bir neçə giqobaytlıq yer ayırmaq lazımdır. Bu bölmədəki məlumatlar başqa diskə və ya bölməyə köçürülməlidir. Əks halda bütün məlumatlar itə bilər. Əgər sərt disk hissələrə bölünməyibsə, onda onu yenidən bölmək lazım gələcək. İndi təsəvvür edin ki, siz yeni ƏS-ni quraşdırmısız, lakin, onu bəyənmirsiz. Deməli, bütün əziyyətiniz hədər gedib.
Linux sizə imkan verir ki, siz əvvəlcə onu sadəcə nəzərdən keçirəsiniz. Bəyənirsinizsə və istifadə etmək istəyirsinizsə onu vinçestrə quraşdıra bilərsiniz. Siz Linuxu birbaşa olaraq CD-dən işə sala bilərsiniz. Bu zaman sizin sərt diskinizdə bir bayt da yer tələb olunmur :) Beləliklə, siz sərt diskdən istifadə etmədən Linuxu işə salırsınız və istifadə edirsiniz. Bunun üçün Linux distributivlərinin proqramçıları sistemin və bəzi proqramların işə salınması üçün lazım olan bütün faylları LiveCD və ya LiveDVD adlanan bir CD (DVD) diskə yığırlar. Bu CD-dən siz öz kompüterinizdə Linuxu işə sala bilərsiniz. Bunun üçün siz aşağıdakıları etməlisiz:
  • Linuxun LiveCD obrazını endirmək;
  • Onu boş CD diskə yazmaq;
  • Bu diski CD-ROM-a qoymaq;
  • Kompüteri yenidən işə salmaq.
Kompüteri yenidən işa saldığınız zaman BIOS (BIOS Setup)-a daxil olmaq və yüklənmənin (Boot) hansı qurğudan yerinə yetiriləcəyini qeyd etməyi unutmayın. Yəni, qurğuların adları olan sıranı dəyişmək lazımdır: sizin sistem CD-dən yüklənməlidir, buna görə də CD-ROM siyahıda birinci dayanmalıdır.
Bütün distributivlər üçün LiveCD-lər hazırlanıb. Məşhur Debian distributivini hazırlayan proqramçılar ayrıca bir Knoppix adlı layihə yaradıblar. Bu layihənin yeganə məqsədi – LiveCD-lər yaratmaq və yaymaqdır.
Qeyd edim ki, LiveCD vasitəsilə işə salınan sistem kompüterin vinçesterində quraşdırılmış sistemlə müqayisədə çox gec işləyəcək. Belə ki, sistemin işi üçün lazımlı olan bütün fayllar CD-dən oxunacaq. Optik disklərdən oxunmanın sürəti vinçesterdən oxunmanın sürətindən dəfələrlə aşağıdır. LiveCD-lər sizə sistemə ilkin nəzər salmaq imkanı verir, həmçinin, onu müvəqqəti istifadə üçün quraşdıra bilərsiniz.

13 comments:

  1. openSuse Mənim favorim

    ReplyDelete
  2. Mən Fedoradan istifadə edirəm :)

    ReplyDelete
  3. Məndə UBUNTU istifadə edirəm amma serverlərdə daha çox istifadə etdiyim CentOS və RedHatdır.

    ReplyDelete
  4. Afag Muradova2/2/13, 10:47 PM

    En yaxsisi Mint-di.

    ReplyDelete
  5. Qaynaq kodlarının kompilyasiyası xüsusi məqsədlər olmadan aparılması, uğurlu kompilyasiyadan sonra bel vaxt itkisindən başqa bir şey deyil.Ditrubitivlərin arasında ciddi fərq olmasa da xeyli fərqlər var. Distrubutivin seçilməsi Linuxun hansı məqsədlər üçün istifadə ediləcəyi bəlli olsa qismən də olsa asanlaşar.
    Seçilməsinə görə görə sıralama üstünlük dərəcəsi nəzərə alınmadan təxminən belədir:
    I Server kimi
    1. FreeBSD (bəzən linux saymırlar bu ƏS-i)
    2. CentOS
    3. Red-Hat Enterprice
    4. Fedora Core
    5. Ubuntu
    6. Linux Oracle (ORACLE DB server kimi)
    7. Debian
    II Fərdi istifadə üçün
    1.Ubuntu
    2.Fedora Core
    3.OpenSuse
    4.Mandriva
    Saysız hesabsız distrubitivlər olduğu üçün yeni öyrənənlər üçü Slackware ən az dəyişdrilmiş (unix-dən) olduğu üçün məsləhətdir. Diostrubitivlərin çoxluöundan söz düşmüşgə.... əsas təsnifatları belədir :*BSD -FreeBSD, PCBSD, RPM based-Fedora Core, Mandriva, OpenSuse və s, DEB Based -Ubuntu, Debian və s.





    ReplyDelete
  6. Təsəkkür, faydalı yazıdır.

    ReplyDelete
  7. Tewekkurler Maraqli Meqaledi :)

    ReplyDelete
  8. Tewekkurler meqale ucun Leyla xanim.Ve commetler ucun cox saqolun

    ReplyDelete
    Replies
    1. Diqqetinize gore tewekkurler, Rustem bey.

      Delete